Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Türkiyədə keçən il fəaliyyət göstərən məşqçilərin sayı açıqlanıb (ÖZƏL)

    25 Fevral 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə keçən il fəaliyyət göstərən məşqçilərin sayı açıqlanıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Keçən ilin yekunlarına görə, Türkiyədə ümumilikdə 30 min 904 məşqi fəaliyyət göstərib.

    Bu barədə AzerVoice - a özəl olaraq Türkiyənin İdman və Gənclər nazirliyindən bildirlib.

    “Keçən il Türkiyənin atletika federasiysında ümumilikdə min 372 məşqçi fəaliyyət göstərib ki bunlardan 826-sı kişi,546-sı isə qadın olub”- deyə nazirlikdən bildirilib.

    Məlumata əsasən, ölkənin Badminton federasiyasında keçən il 670 məşqçi fəaliyyət göstərib ki bunlardan 347-si kişi, 323-ü isə qadın olub.

    “Türkiyə Basketbol federasiyasında keçən il fəaliyyət göstərən məşqçilərin sayı 694 nəfər təşkil edib. Onlardan 540-ı kişi, 154-ü isə qadındır. Ölkənin Bilyard federasiyasında fəaliyyət göstərən məşqçilərin sayı 40 nəfər təşkil edib onlarda 37-si kişi qalanları qadın olub”- deyə nazirlikdən daxil olan məlumatda deyilir.

    Nazirlikdən bildirilib ki, atçılıq federasiyasında 49 qadın, 58 kişi məşqçi fəaliyyət göstərib.

    "Türkiyə velosiped federasıyasında, keçən il ümumilikdə 143 məşqçi fəaliyyət göstəribki bunlardan 109-u kişi, 34 qadındır",- deyə nazirlikdən bildirilib.

    Türkiyənin boulinq və dart federasiyasında keçən il 370 kişi, 157 qadın, Boks federasiyasında isə 253 kişi, 68 qadın məşqçilikdə məşğul olub.

    Keçən il qadınların ən çox məşqçilik etdiyi sahə Türkiyə gimnastika federasiyası olub. Ümumilikdə 4 min 51 qadın bu sahədə işləyib. Kişilərdə isə bu rəqəm 792 yə bərabərdir.

    Ən az məşqçilərin olduğu sahələrdən biri kimi Buz xokkeyini göstərmək olar. Ümumilikdə 19 məşqçi olub. Bunlardan 12-si kişi, 7-si qadın olub.

    "Keçən il Türkiyənin güləş federasiyasında 229-u kişi, 34-ü qadın olmaqla toplamda 263 insan məşqçilik fəaliyyəti ilə məşğul olub. Cudo federasiyasında isə 100 kişi, 48 qadın məşqçilik fəaliyyəti ilə tanış olub",- deyə nazirliyin məlumatında qeyd olunub.

    Türkiyədə geniş yayılmış sahələrdən olan fitness sahəsindədə xeyli artım olduğu müşahidə olunub. Toplamda 4 min 315 nəfər məşqçiliklə məşğul olub. 2 min 874 nəfər kişi , min 441 nəfər qadın bu sahədə çalışıb.

    "Keçən il Türkiyə voleybol federasiyasında 2 min 619 məşqçi fəaliyyət göstərib ki, bunlardan min 411-i kişi, min 209-u qadındır. Tenis federasiyasında da kişi hakimlər çoxluq təşkil edib. Min 300 kişi məşqçi, min 209 isə qadın məşqçi bu sahədə fəaliyyət göstərib",- deyə nazirlikdən bildirilib.

    Məşqçilərin çoxluq təşkil etdiyi sahələrdən biridə üzgüçülük sahəsi olub. Min 37 nəfər kişi, 743 qadın bu sahə üzərində çalışıb.

    Türkiyənin Qolf federasiyası isə 3 məşqçi ilə keçən il üçün buraxılmış statistikada ən aşağı pillədə yer alıb. Məşqçilərdən ikisi kişi, biri qadındır.

    Həndbol federasiyasındada kifayət qədər məşqçi çalışıb. 598 məşqçidən 357-si kişi, 291-i qadındır.

    "Türkiyənin Şahmat federasiyasında toplamda 242 məşqçi fəaliyyət göstərib ki, onlardan 152-si kişi geridə qalanı isə qadınlardır. Oxçuluq federasiyasında isə 308-i kişi, 152-si qadın olmaqla toplamda 460 məşqçi fəaliyyət göstərib",- deyə bildirilib.

    Keçən il döyüş sahəsindədə xeyli məşqçi fəaliyyət göstərib. Muay tay idman növündə 208 (156 kişi, 52 qadın) , kik-boks sahəsində 582 (407 kişi, 175 qadın) nəfər məşqçilik fəaliyyəti göstərib.

    "Türkiyənin karate federasiyasında keçən il toplamda 344 nəfər məşqçilik fəaliyyəti ilə məşğul olub ki, bunlardan 192-si kişi, 152-si qadındır",- deyə nazirliyin bəyənatında qeyd olunub.

    Həmçinin, Türkiyənin xalq oyunları federasiyası (135 kişi, 216 qadın), Türkiyə ağır atletika federasiyası (58 kişi, 33 qadın) və Görmə qüsurlu insanlar üçün idman federasiyasında (46 kişi, 12 qadın) da məşqçi sayları açıqlanıb.

    Qadın məşqçilərin çoxluq təşkil etdiyi federasiyalar arasında Hər Kəs Üçün İdman federasiyası da yer alıb. Burada 795 kişi, 2165 qadın məşqçilik fəaliyyəti ilə məşğul olub.

    Oxçuluq federasiyasında çalışmış məşqçilərin sayıda yetərincədir. Toplamda 546 insan məşqçilik fəaliyyəti ilə məşğul olub ki, bunlardan 323-ü kişi, 223-ü qadındır.

    "Buz konkisi idman sahəsi üzrə keçən il 24 kişi və 71 qadın məşqçilik edib",- deyə nazirlikdən bildirilib.

    Türkiyə masa tenisi federasiyasında keçən il 620 məşqçi çalışıb ki, bunlardan, 427-si kişi, 193-ü qadındır.

    E-spor federasiyasında isə keçən toplamda 81 məşqçi fəaliyyət göstərib. Onlardan 69-u kişi geridə qalanları qadındır.

    Türkiyə inkişaf etməkdə olan idman sahələri federasiyasında keçən il 29 məşqçi çalışıb ki bunlardan 23-ü kişi, altısı qadındır.

    Türkiyə Hava İdmanları Federasiyasında ötən il 96 kişi, 11 qadın məşqçilik fəaliyyəti ilə məşğul olub.

    "Xokkey Federasıyasında keçən il 67 (45 kişi, 22 qadın), Xizək federasiyasında isə 231 (162 kişi, 69 qadın) məşqçilik fəaliyyəti ilə məşğul olub.

    Türkiyə Kung-fu federasiyasında 153 nəfər məşqçilik fəaliyyəti ilə məşğul olub ki, bunlardan, 103-ü kişi geridə qalanı isə qadınlardır.

    Ölkənin dağçılıq federasiyasında keçdiyimiz ildə 117 kişi və 27 qadın məşqçilik fəaliyyəti ilə məşğul olub.

    "Taekvando federasiyamızda 230 kişi, 133 qadın, Reqbi federasiyasında isə 134 kişi, 78 qadın çalışıb",- deyə nazirlikdən məlumat daxil olub.

    Ən çox məşqçinin çalışdığı federasiyalardan biri də Özəl İdmançılar federasiyasıdır. Burada 508 məşqçi çalışıb ki, onlardan 273-ü kişi, 235-i qadındır.

    Curling idman sahəsi üzrə də xeyli məşqçi məşğul olub. Toplam 385 məşqçidən 226-sı kişi geridə qalanı qadınlardır.

    Keçdiyimiz ildə Türkiyə Kano federasiyasında 91 məşqçi çalışıb ki onlardan 68-i kişi, 23-ü qadındır.

    "Avarçəkmə federasiyamızda ötən il toplamda 184 nəfər məşqçilik fəaliyyəti ilə məşğul olub",- deyə nazirlikdən bildirib.

    Son olaraq rəqs idman növü üzrə 164 məqşçi fəaliyyət göstərib ki, onlardan 71-i kişi, 93-ü qadındır.

    #Türkiyə məşqçi statistikası 2024 #Türkiyədə idman məşqçiləri sayı #Türkiyə idman federasiyaları məşqçilər #Türkiyə avarçəkmə məşqçi statistikası #Türkiyə ağır atletika məşqçiləri #Türkiyə şahmat məşqçiləri statistikası #Türkiyə cudo və güləş məşqçiləri #Türkiyədə kişi məşqçi sayı #Türkiyədə qadın və kişi məşqçi sayı #Atletika məşqçi sayı Türkiyə #Türkiyədə ən çox məşqçi olan idman növləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Məhəmməd Salah “Beşiktaş”a keçəcəkmi?

    21 İyul 2026 14:58

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    20 İyul 2026 10:54

    Antonelli Belçika Qran-prisində poul mövqeyini qazanıb

    18 İyul 2026 20:31

    Dünya Kuboku zamanı futbolçular sosial mediada kütləvi hücumlarla üzləşib - FİFA

    18 İyul 2026 19:27

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    18 İyul 2026 13:11

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    17 İyul 2026 10:34

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Cənubi Afrika millisinin futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib

    11 İyul 2026 19:23

    İspaniya millisi məğlubiyyətsizlik seriyasını 36 oyuna çatdırdı

    11 İyul 2026 17:41

    Alqoritmlər niyə Ronaldonu daha çox önə çıxarır?

    10 İyul 2026 04:08

    Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər

    28 İyun 2025 12:00
    XƏBƏR LENTİ

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    ABŞ Maliyyə Nazirliyi Pakistanın iqtisadi islahatlarını yüksək qiymətləndirib

    Çin rəsmisi Van Huning Tibetdə sabitlik və etnik birliyi gücləndirməyə çağırıb

    Filippin və Çin arasında Cənubi Çin dənizi gərginliyi yenidən alovlanıb

    ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu

    İyunun 27-dən bəri 53 mülki şəxs həlak olub - İran Səhiyyə Nazirliyi

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.