Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Qurban Qurbanovdan böyük sıçrayış: Xabi Alonso və Okan Buruku keçib

    26 Fevral 2024 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qurban Qurbanovdan böyük sıçrayış: Xabi Alonso və Okan Buruku keçib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Baku, AzerVoice

    Dünyanın ən yaxşı baş məşqçilərinin fevral reytinqi açıqlanıb.

    İdman.biz xəbər verir ki, son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə planetin 500 ən güclü mütəxəssisi yer alıb.

    Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1670 xalla dünyada 139-cudur.

    Ötən ay 1594 xalla dünyanın 195-cisi olan Qurbanov böyük sıçrayışa nail imza atıb. “Qarabağ”ın Avropa Liqasında 1/8 finala yüksəlməsi sayəsində 52 yaşlı mütəxəssis 76 xal qazanmaqla 56 pillə irəliləyib.

    “Qarabağ”ın baş məşqçisi 1/8 finaldakı rəqib, Bundesliqanın lideri “Bayer”in çalışdırıcısı Xabi Alonsonu da keçib. İspaniyalı 1636 xalla 179-cu sırada qərarlaşıb.

    Qurbanovun geridə qoyduğu məşqçilər arasında Okan Buruk, Şenol Günəş, Domeniko Tedesko, Miçel, Frenk Lempard, Fernando Santos, Qrem Potter, Kosmin Kontra, Daniel Farke, Mark van Bommel, Slaven Biliç kimi tanınmış simalar da var.

    Qurbanov həm də artıq Azərbaycan Premyer Liqasının ən reytinqli məşqçisi olub. O, ötən ay geri qaldığı Miodraq Bojoviçi də keçib.

    “Neftçi”nin baş məşqçisi 1616 xalla 195-cidir. Son bir ayda 14 xal itirən monteneqrolu mütəxəssis 35 pillə geriləyib.

    Qeyd edək ki, cədvələ 2222 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir. İkinci yerdə “Liverpul”un baş məşqçisi Yurgen Kloppdur – 2090. “Aston Villa”nın baş məşqçisi Unai Emeri 2085 xalla üçüncüdür.

    İdman.biz

    #Qurban Qurbanov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qarabağ - Azərbaycan futbolunun ən parlaq səhifəsi

    29 Yanvar 2026 10:14

    “Qarabağ”ın növbəti yoxlama oyunları bu tarixlərdə keçiriləcək

    14 Yanvar 2026 14:41

    Qarabağ – Çelsi oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtları açıqlanıb

    3 Noyabr 2025 12:16

    Biz Azərbaycanın Qarabağıyıq - Qurban Qurbanov

    2 Oktyabr 2025 09:40

    Çempionlar Liqası: Qarabağın növbəti sınağı

    1 Oktyabr 2025 09:45

    Qarabağın tarixi qələbəsindən sonra Benfika baş məşqçisi qovulub

    17 Sentyabr 2025 10:33

    "Qarabağ" "Ferensvaroş"a qarşı: Start heyətlər

    27 Avqust 2025 20:10

    Qarabağ Ferentsvaroşa qarşı

    26 Avqust 2025 12:48

    Qarabağ bu gün Şkendiya ilə cavab oyununa çıxır

    12 Avqust 2025 10:12

    UFC ulduzları Qarabağ klubunu ziyarət etdilər

    20 İyun 2025 14:59

    Juninyo “Sevilya”ya keçmək istəyir - Qurban Qurbanov

    19 Dekabr 2024 17:47

    İnamımız böyükdür - Qurban Qurbanov

    27 Avqust 2024 17:54
    XƏBƏR LENTİ

    Suverenliyin qorunması üçün hansı tədbirlər görülür?

    Trampın kəşfiyyat təyinatı Vaşinqtonda mübahisə yaratdı: Yeni rəhbər kimdir?

    Oman Küveyt və Bəhreynə qarşı hücumları qınayıb

    Küveyt İranın iki diplomatik nümayəndəsinin dərhal ölkədən çıxarılmasını tələb edib

    Tramp İranın Ali lideri ilə görüşmək istədiyini açıqladı

    Livan Baş naziri İranın Küveyt və Bəhreynə hücumlarını qınayıb

    13 ballistik raket və 17 dron neytrallaşdırılıb

    Küveyt İranın ballistik raket və pilotsuz aparat hücumlarını neytrallaşdırıb

    Tramp: İranda “yerüstü qoşunlara ehtiyac yoxdur”

    İİKK: Hörmüz Boğazından təhlükəsiz keçid yalnız onların təyin etdiyi marşrutla mümkündür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.