Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Biz Azərbaycanın Qarabağıyıq - Qurban Qurbanov

    2 Oktyabr 2025 09:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Biz Azərbaycanın Qarabağıyıq - Qurban Qurbanov
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda Danimarkanın Kopenhagen klubunu 2:0 hesabı ilə məğlub edən Qarabağın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra fikirlərini bölüşüb.

    AzerVoice xəbər verir ki, Qurbanov futbolçuların göstərdiyi iradəni yüksək qiymətləndirib.

    “Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdə, bir-birilərinin arxasında idilər. Belə böyük turnirlərdə elə an olur ki, ona dözmək lazım gəlir. Bunu ikinci hissədə etdik. Rəqib riskə getdi, bəzi top itkilərimiz oldu. Amma bu cür mübarizə bizə qarşıdakı oyunlarda böyük fayda verəcək”- deyə o bildirib.

    Baş məşqçi iki turun ardından toplanan 6 xal barədə də danışıb.

    “Məndə bu uğura inam həmişə olub. Keçən il yaxşı oyunlarımız olsa da, yalnız bir qələbə qazandıq. İnanırdım ki, oyunumuzu qoruyub saxlasaq, bu mövsüm daha yaxşı nəticələr əldə edəcəyik. Ortada çox gözəl göstərici var. Həmişə futbolçularıma inam aşılamağa çalışıram”- deyə Qurbanov vurğulayıb.

    Qurbanov Qarabağın Çempionlar Liqasının liderlər qrupunda qərarlaşmasını tarixi uğur adlandırıb.

    “Biz Azərbaycanın Qarabağıyıq. Bu uğura sevinirəm. Cənab Prezident də bizi təbrik edib. Bu, məsuliyyətimizi daha da artırır. Daha çox inanaraq, güvənərək çalışıb irəli getməliyik”- deyə baş məşqçi qeyd edib.

    #Azərbaycan #Qarabağ #UEFA #Qurban Qurbanov #Danimarka #Çempionlar Liqası #Kopenhagen
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    21 İyul 2026 21:13

    Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

    21 İyul 2026 18:32

    Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

    21 İyul 2026 18:18

    Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

    21 İyul 2026 18:15

    Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək

    21 İyul 2026 18:11

    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb

    21 İyul 2026 18:05

    Azərbaycan-Almaniya münasibətləri çox dinamik inkişaf edir - Merts

    21 İyul 2026 16:30

    Azərbaycanla enerji əməkdaşlığımızı daha da şaxələndirmək istəyirik - Merts

    21 İyul 2026 16:28

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

    20 İyul 2026 12:45
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.