Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Qətər
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    DTX xarici xüsusi xidmət orqanının tapşırığını yerinə yetirən şəxsi həbs etdi

    9 Yanvar 2026 15:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    DTX xarici xüsusi xidmət orqanının tapşırığını yerinə yetirən şəxsi həbs etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb.

    AzerVoice xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

    Bildirilib ki, araşdırmalarla müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim etmişdir.

    Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülmüşdür.

    Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, doyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə məsuliyyətə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    #Azərbaycan #DTX #Naxçıvan Muxtar Respublikası #Siyafət Fərzəliyev #Şahbuz rayonu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanda mazut istehsalının həcmi məlum olub

    18 Avqust 2026 11:56

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    18 Avqust 2026 11:43

    Azərbaycan və Özbəkistan şəhərsalma əməkdaşlığında yeni mərhələyə qədəm qoyur

    18 Avqust 2026 11:06

    Azərbaycan sərhəd mühafizəsinin yaradılmasından 107 il ötür

    18 Avqust 2026 10:32

    Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

    17 Avqust 2026 15:54

    Mediatorların təlimi necə təşkil olunmalıdır?

    17 Avqust 2026 11:14

    Azərbaycanın Ermənistana mal ixracının dəyəri açıqlanıb

    17 Avqust 2026 10:48

    Azərbaycan təbii qaz ixracını artırıb

    17 Avqust 2026 10:35

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndərilib

    15 Avqust 2026 11:15

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

    13 Avqust 2026 16:23
    XƏBƏR LENTİ

    Səudiyyəli gənc qadınlar yay tətilini karyeraya çevirir: Diplomdan əvvəl başlayan təcrübə

    Pekin səfəri öncəsi tarixi bəyanatlar - Kral II Abdullah nələri açıqladı?

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 48 milyondan çox sərnişin (ÖZƏL)

    Azərbaycanda mazut istehsalının həcmi məlum olub

    Ərəb kutyuryesi Asiyanı fəth edir - Çinli ulduz Makaoda Livan dəb evinə üstünlük verdi

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    Bahalıq, vergilər və sığorta cəzası: İsraildə daxili köç böhranı dərinləşir

    Britaniya Ukrayna böhranını qəsdən gərginləşdirir - Rusiya

    Azərbaycan və Özbəkistan şəhərsalma əməkdaşlığında yeni mərhələyə qədəm qoyur

    Səudiyyə musiqisinin yeni siması – DJ Mubarak kimdir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.