Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    XI Milli Marketinq Forumunun spikerləri bəlli oldu

    19 May 2026 10:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    XI Milli Marketinq Forumunun spikerləri bəlli oldu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycanın marketinq ekosisteminin aparıcı platformalarından hesab olunan Milli Marketinq Forumu bu il “Facemark” şirkətinin təşkilatçılığı ilə 11-ci dəfə keçiriləcək. Forum 6 iyun tarixində Bakı Konqres Mərkəzində iştirakçılarını bir araya gətirəcək.

    VOA xəbər verir ki,bu ilin forumu “AI işığında” konsepti ilə reallaşacaq. Tədbir çərçivəsində marketinq, kommunikasiya və biznes sahələrinin yerli və xarici ekspertləri çıxış edəcək, aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Forumun əsas mövzusu süni intellektin biznes dünyasında yaratdığı yeni imkanlar, brendlərin kommunikasiya strategiyalarına təsiri və dəyişən istehlakçı gözləntiləri olacaq.

    Forumun baş sponsoru ABB, Gold sponsoru “Times Consulting”, sponsoru “İnsure.az”, dəstəkçisi isə “Markup” şirkətidir.

    Tədbirin proqramı çərçivəsində 3 əsas panel müzakirəsi keçiriləcək. “AI işığında brendlər”, “Marketinq kommunikasiyaları” və “Kreativ sənayenin təkamülü” panellərində sahənin aktual mövzuları və yeni dövrün yanaşmaları müzakirə olunacaq.

    I Panel

    Moderator: Aysel Süleymanova - Bakcell Kommunikasiya direktoru

    Spiker: Əliyar Hüseynov - P&G Marketinq və Kommersiya Direktoru

    Spiker: Orxan Məmmədov - CFI Financial Group Azərbaycan üzrə Marketinq Direktoru

    Spiker: Əli Daşdəmirov - Profex Group Marketinq direktoru

    Spiker: Vəfa Səfərli - ABB-nin Marketinq direktoru

    II Panel

    Moderator: Şaban İmkani - Bakı Metropoliteni QSC Kommunikasiya departamentinin rəisi

    Spiker: Aslan Həsənli - Baku Electronics Marketinq departamentinin direktoru

    Spiker: Sənubər Nəzərli -Veysəloğlu Şirkətlər Qrupu Korporativ Kommunikasiyalar üzrə Qrup direktoru

    Spiker: Natəvan Bayramova - Referans Medical Group Marketinq və Kommunikasiya departamentinin rəhbəri

    Spiker: Nigar Məmmədova – Birbank, FinTech biznesi üzrə marketinq rəhbəri

    Spiker: Arzu Salman - Gardashlar Mebel Marketinq və Kommunikasiya departamenti direktoru

    Spiker: Ramin Fərəcullayev - Başkent Marketinq Rəhbəri

    III Panel

    Moderator: Fərhad Şabanov - Endorphin Partnyor/İcraçı direktor Cannes Lions Festivalın Azərbaycan üzrə rəsmi nümayəndəsi

    Spiker: Zaur Məmmədvəliyev - Rejissor Kreativ prodüser

    Spiker: Sarvan Hüseyn - Kinorejissor və fotoqraf, retuşçu Süni intellekt üzrə mütəxəssis

    Spiker: Fariz Əliyev - Prodüser \ Ssenarist

    Spiker: Pərviz İsaqov (Promete) - mikpro Musiqi Yayım Şirkəti Həmtəsisçi, Reper, Musiqi Prodüseri

    ABB-nin AI solutions komandasında baş məhsul sahibi Şəfiqə Aydəmirli və Bolt şirkətinin Biznes vertikalı (Bolt Business) üzrə rəhbəri Salman Babazadə Jr. forumda məruzəçi qismində çıxış edəcəklər.

    Qeyd edək ki, forum üçün əldə olunan biletlər iştirakçılara “Bloger və İnfluenserlər Forumu”nda da iştirak imkanı yaradır. Eyni məkanda və eyni gündə keçiriləcək hər iki tədbir iştirakçılara həm marketinq dünyasının peşəkar tərəfini, həm də rəqəmsal kontent və influenser ekosistemini bir arada kəşf etmək fürsəti təqdim edəcək.

    Artıq 11 ildir keçirilən Milli Marketinq Forumu ölkəmizdə marketinq və kommunikasiya sahəsinin ən nüfuzlu platformalarından biri olaraq fəaliyyətini davam etdirir. Forum hər il sektorun aparıcı mütəxəssislərini, biznes nümayəndələrini və gənc peşəkarları bir araya gətirərək yeni baxışların, faydalı əlaqələrin və innovativ ideyaların yaranmasına imkan yaradır.

    Milli Marketinq Forumu illər ərzində özünü yalnız tədbir deyil, həm də sahənin inkişafına istiqamət verən önəmli bir görüş nöqtəsi kimi təsdiqləyib.

    Biletləri əldə etmək üçün millimarketinqforumu.az saytına daxil ola bilərsiniz.

    Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA XI Milli Marketinq Forumunun rəsmi media tərəfdaşıdır.

    #Facemark #Milli Marketinq Forumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda Biznes Liderləri Zirvəsi keçirildi: Liderlik, innovasiya və süni intellekt əsas müzakirə mövzuları oldu

    24 İyun 2026 12:15

    Bakıda Biznes Liderləri Zirvəsi keçiriləcək

    20 İyun 2026 17:52

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    10 İyun 2026 14:34

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    8 İyun 2026 14:28

    Bakıda Bloger və İnfluenserlər Forumu öncəsi spikerlərlə görüş keçirilib

    22 May 2026 12:39

    Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı

    18 May 2026 10:31

    IX Milli İnsan Resursları Forumuna son 3 gün

    13 May 2026 16:39

    İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 uğurla yekunlaşdı!

    9 May 2026 20:14

    İnteryer İnşaat Memarlıq Mebel Forumuna 3 gün qaldı

    5 May 2026 16:12

    Ölkəmizdə ilk dəfə Bloger və İnfluenserlər Forumu keçiriləcək!

    30 Aprel 2026 16:53

    Bakıda XI Milli Marketinq Forumu keçiriləcək

    24 Aprel 2026 12:27

    İnteryer, İnşaat, Memarlıq və Mebel Forumunun spikerləri bəlli oldu!

    15 Aprel 2026 17:45
    XƏBƏR LENTİ

    Hörmüz boğazında gəmi hərəkəti rekord həddə azalıb

    Bəhreyndə İran üçün casusluqda ittiham olunan üç nəfərə ömürlük həbs cəzası verilib

    İran Hörmüz boğazından düşmənlərinin istifadə etməsinə imkan verməyəcək

    Körfəz ölkələrinin hava qalxanı nə qədər effektivdir?

    İsrail Livanda “pilot zonaların” yaradılmasını həyata keçirməyə hazır olduğunu bildirib

    ABŞ senatoru Şumer Trampı İran müharibəsinə görə tənqid etdi

    İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

    İsrail və Livan arasında növbəti birbaşa danışıqlar Romada başlayıb

    Brent nefti yeni zərbələrdən sonra 87 dollardan yuxarı qalxıb

    Qətər Hörmüz boğazında BƏƏ tankerlərinə hücumu pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.