Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    IX Milli İnsan Resursları Forumuna son 3 gün

    13 May 2026 16:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    IX Milli İnsan Resursları Forumuna son 3 gün
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan “Facemark” şirkətinin təşkilatçılığı və “HR Option” şirkətinin təşkilati dəstəyi ilə keçirilən IX Milli İnsan Resursları Forumunun başlamasına cəmi 3 gün qaldı. Ölkənin HR ekosistemini bir araya gətirəcək bu mötəbər tədbir 16 may tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.

    VOA xəbər verir ki, forum bu il “Yeni Reallıq” konsepti çərçivəsində dəyişən iş mühiti, transformasiya olunan liderlik yanaşmaları və insan kapitalının gələcəyi kimi aktual mövzulara fokuslanaraq ölkədə HR sahəsinin inkişafına töhfə verməyi hədəfləyir. “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu və “Markup Agency”nin dəstəyi ilə keçirilən forum, iştirakçılara sürətlə dəyişən dünyada çeviklik, innovasiya və insan yönümlü strategiyaların əhəmiyyətini dərindən kəşf etmək imkanı yaradacaq.

    Sahənin aparıcı peşəkarlarını, şirkət rəhbərlərini və HR mütəxəssislərini bir platformada toplayacaq forum çərçivəsində müxtəlif mövzuları əhatə edən 3 əsas panel təşkil olunacaq. Tədbir proqramı çərçivəsində aşağıdakı panel müzakirələri keçiriləcək:

    • I Panel: “Yeni reallıqda liderlik”;
    • II Panel: “Yeni reallıqda insan”;
    • III Panel: “Yeni reallıqda oyun qaydaları”.

    Müzakirələr zamanı liderlik yanaşmalarının inkişafı, süni intellektin HR proseslərinə təsiri, təşkilati mədəniyyətin formalaşdırılması və HR strategiyalarının biznes performansına təsiri kimi mühüm məsələlər 3 moderator və 15 spikerin təqdimatında təhlil olunacaq.

    Forum iştirakçıları sahənin mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq, yeni əməkdaşlıqlar yaratmaq və müasir dövrün çağırışlarına uyğun yeni yanaşmalarla tanış olmaq imkanı qazanacaqlar.

    Ətraflı məlumat və qeydiyyat üçün forumun rəsmi saytına daxil ola bilərsiniz: www.mirf.az

    Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA IX Milli İnsan Resursları Forumunun rəsmi media tərəfdaşıdır.

    #Bakı Konqres Mərkəzi #Facemark #HR Option #IX Milli İnsan Resursları Forumu #Yeni Reallıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda Biznes Liderləri Zirvəsi keçirildi: Liderlik, innovasiya və süni intellekt əsas müzakirə mövzuları oldu

    24 İyun 2026 12:15

    Bakıda Biznes Liderləri Zirvəsi keçiriləcək

    20 İyun 2026 17:52

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    10 İyun 2026 14:34

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    8 İyun 2026 14:28

    Bakıda Bloger və İnfluenserlər Forumu öncəsi spikerlərlə görüş keçirilib

    22 May 2026 12:39

    XI Milli Marketinq Forumunun spikerləri bəlli oldu

    19 May 2026 10:58

    Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı

    18 May 2026 10:31

    İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 uğurla yekunlaşdı!

    9 May 2026 20:14

    İnteryer İnşaat Memarlıq Mebel Forumuna 3 gün qaldı

    5 May 2026 16:12

    Ölkəmizdə ilk dəfə Bloger və İnfluenserlər Forumu keçiriləcək!

    30 Aprel 2026 16:53

    Bakıda XI Milli Marketinq Forumu keçiriləcək

    24 Aprel 2026 12:27

    İnteryer, İnşaat, Memarlıq və Mebel Forumunun spikerləri bəlli oldu!

    15 Aprel 2026 17:45
    XƏBƏR LENTİ

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.