#Milli Marketinq Forumu

"Facemark" şirkətinin təşkilatçılığı ilə keçirilən XI Milli Marketinq Forumu uğurla yekunlaşıb. "AI işığında" konsepti ilə təşkil olunan tədbir marketinq, kommunikasiya, biznes və kontent sahələrini təmsil edən 500-dən çox iştirakçını bir araya gətirib.

Azərbaycanın marketinq ekosisteminin aparıcı platformalarından hesab olunan Milli Marketinq Forumu bu il “Facemark” şirkətinin təşkilatçılığı ilə 11-ci dəfə keçiriləcək. Forum 6 iyun tarixində Bakı Konqres Mərkəzində iştirakçılarını bir araya gətirəcək.