BAKI,VOA, Fərid Mikayılov
ABŞ-da Türkiyə icmasının iştirakı ilə etiraz aksiyası baş tutub.
VOA xəbər verir ki, Nyu-York şəhərinin Tayms Meydanında çoxsaylı Türkiyə vətəndaşı və diaspor nümayəndələri şəhər meri Zöhran Məmdani tərəfindən 1915-ci il hadisələri ilə bağlı paylaşımına etiraz olaraq yürüş keçiriblər.
Məlumata görə, aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirərək sözügedən açıqlamaya qarşı narazılıqlarını ifadə ediblər. Bildirilir ki, tədbir zamanı təhlükəsizlik qüvvələri ərazidə nəzarəti təmin edib.
Ekspertlər qeyd edir ki, tarixi məsələlər ətrafında yaranan fikir ayrılıqları diaspor icmaları arasında bu cür reaksiyalara səbəb olur və beynəlxalq müstəvidə müzakirələri aktuallaşdırır.