Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “Türk iqtisadi icmalı”nın növbəti buraxılışı nəşr edilib

    7 Yanvar 2026 11:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Türk iqtisadi icmalı”nın növbəti buraxılışı nəşr edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin yanvar–sentyabr dövrünü əhatə edən buraxılışı nəşr olunub.

    AzerVoice xəbər verir ki, İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan hesabat TDT-yə üzv ölkələrdə makroiqtisadi göstəricilərin dinamikası, xarici ticarət, fiskal inkişaflar və struktur transformasiya meyillərinə dair əhatəli qiymətləndirmə təqdim edir.

    2025-ci ilin ilk doqquz ayı ərzində TDT ölkələrində Ümumi Daxili Məhsul (ÜDM) artım tempi təxminən 6 faiz təşkil edib ki, bu da qlobal iqtisadi artımın təxminən 3 faizlik səviyyəsindən xeyli yüksəkdir. Hesabat dövründə TDT ölkələrinin ümumi ÜDM-i 1,79 trilyon ABŞ dollarına çataraq qlobal ÜDM-in təxminən 2 faizini formalaşdırıb. Qırğızıstanda ÜDM artımı təxminən 10 faiz, Özbəkistanda 7,2 faiz, Macarıstanda 6,5 faiz, Şimali Kiprdə 6,4 faiz, Qazaxıstan və Türkmənistanda isə təxminən 6,3 faiz səviyyəsində qeydə alınıb. Türkiyədə iqtisadi artım 4 faiz ətrafında formalaşıb. Azərbaycanda isə 1,3 faizlik iqtisadi artım təmin olunub.

    Xarici ticarət iqtisadi fəallığın əsas dayaqlarından biri olaraq qalır. 2025-ci ilin yanvar–sentyabr aylarında TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 958,5 milyard ABŞ dollarına çataraq qlobal ticarətin təxminən 3,6 faizini təşkil edib. Bu göstərici regionun qlobal ÜDM-dəki payından yüksək olmaqla, TDT iqtisadiyyatlarının xarici inteqrasiyasının dərinliyini əks etdirir. Enerji ixrac edən ölkələr ticarət profisitlərini qoruyub. Azərbaycanda ticarət profisiti təxminən 0,9 milyard ABŞ dolları, Qazaxıstanda isə 7,7 milyard ABŞ dolları səviyyəsində olub. Özbəkistanda sənaye, kənd təsərrüfatı və emal olunmuş məhsullar hesabına ixracın əhəmiyyətli artımı müşahidə edilib.

    İnvestisiya fəallığı regionun əksər ölkələrində yüksək səviyyədə olub. Sabit kapitala yönələn investisiyalar iri infrastruktur layihələri, nəqliyyat-logistika təşəbbüsləri və enerji layihələri hesabına genişlənib. Maliyyə sektorunda vasitəçilik imkanları artıb. Türkiyədə bank aktivləri 1,05 trilyon ABŞ dollarını ötüb, Qazaxıstan və Özbəkistanda isə bank aktivlərində ikirəqəmli artım qeydə alınıb. İnvestisiya axınları əsasən enerji infrastrukturu, istehsal gücləri, logistika və rəqəmsal xidmətlər üzərində cəmləşib.

    Fiskal göstəricilər gəlir bazasının genişlənməsi və nominal xərclərin yüksək səviyyədə qalması ilə səciyyələnib. Üzv ölkələrin əksəriyyətində dövlət büdcəsi gəlirləri iqtisadi artım, vergi inzibatçılığının təkmilləşdirilməsi və enerji ixracatçılarında karbohidrogen gəlirləri hesabına artıb. Xərclərin artımı isə əsasən infrastrukturun inkişafı, sosial sahələr və yaşıl və rəqəmsal transformasiya üzrə strateji investisiyalarla bağlı olub. Fiskal mövqelər ölkələr üzrə fərqlənsə də, ümumilikdə büdcə siyasəti iqtisadi artımı dəstəkləyən xarakter daşıyıb.

    Yaşıl və rəqəmsal transformasiya sahəsində irəliləyişlər ölçülə bilən iqtisadi nəticələrə çevrilməyə başlayıb, baxmayaraq ki, nəticələr ölkələr üzrə qeyri-bərabərdir. Günəş və külək enerjisi layihələri, elektrik şəbəkələrinin modernləşdirilməsi, elektron hökumət platformaları, rəqəmsal vergi inzibatçılığı və ağıllı infrastruktur təşəbbüsləri genişlənib. Rəqəmsal dövlət xidmətləri fiskal səmərəliliyin artmasına, yaşıl investisiyalar isə uzunmüddətli enerji şaxələndirilməsi məqsədlərinə töhfə verib.

    Nəqliyyat və logistika əlaqəliliyi struktur artım amili kimi daha da güclənib. Transxəzər Şərq–Qərb marşrutu üzrə yükdaşımaların həcmi 2022-ci ildən əvvəlki dövrlə müqayisədə bir neçə dəfə artıb və TDT ölkələrinin Asiya ilə Avropa arasında tranzit mərkəzi kimi strateji rolunu möhkəmləndirib. Limanlara, dəmir yollarına, sərhəd-keçid məntəqələrinə və rəqəmsal gömrük sistemlərinə yatırılan investisiyalar tranzit axınlarını və ticarətlə bağlı xidmətlər sektorunun həcmini artırıb.

    Ümumilikdə, 2025-ci ilin yanvar–sentyabr aylarına dair məlumatlar göstərir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr qlobal orta göstəricilərdən daha sürətlə böyüyür, iqtisadi ölçülərinə nisbətən daha intensiv ticarət aparır və investisiya, əlaqəlilik və struktur transformasiyaya daha çox resurs yönəldirlər. Şaxələndirmə, regional inteqrasiya və infrastrukturun inkişafı istiqamətində irəliləyişlərin sonrakı dövrlərdə iqtisadi artım tempini dəstəkləməsi gözlənilir.

    “Türk iqtisadi icmalı” TDT-yə daxil olan üzv və müşahidəçi dövlətlərin dillərində və eləcə də ingilis dilində olmaqla, ənənəvi olaraq, ümumilikdə 8 dildə təqdim edilir.

    AZ: Türk iqtisadi icmalı, TDT iqtisadi artım, Türk ölkələri ÜDM, regional ticarət inteqrasiyası, Transxəzər dəhlizi TR: Türk Devletleri Teşkilatı ekonomi raporu, Türk dünyası büyüme, Orta Koridor ticaret EN: Turkic States economic outlook, OTS GDP growth, Trans-Caspian corridor trade RU: экономический обзор тюркских государств, рост ВВП ТДТ, транскаспийский маршрут

    Türk iqtisadi icmalı 2025 yanvar sentyabr dövrü; TDT ölkələrində ÜDM artımı neçə faizdir; Türk dövlətləri ticarət dövriyyəsi 2025; Transxəzər Şərq-Qərb marşrutu iqtisadi təsir; Türk dünyasında yaşıl və rəqəmsal transformasiya göstəriciləri

    #Türk iqtisadi icmalı 2025 #Türk Dövlətləri Təşkilatı iqtisadiyyatı #TDT makroiqtisadi göstəricilər #Türk ölkələrində ÜDM artımı #Regional iqtisadi inteqrasiya #Qazaxıstan və Azərbaycan ticarət balansı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Casio brendi nəbzölçən və günəş enerjili yeni G-Shock G-Lide GBX-H5600 saatlarını təqdim edib

    21 İyun 2026 23:57

    HONOR MagicBook X16 2026 noutbukunun icmalı: Tanış korpusda yeni daxili güc

    21 İyun 2026 23:00

    Linuxda şəbəkə idarəçiliyi və diaqnostika: Ping, Ifconfig və Netstat komandaları

    21 İyun 2026 16:00

    Qəzzada valideynlərini itirmiş 35 uşaq üçün yeni himayə proqramına başlanılır

    21 İyun 2026 10:37

    Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib

    20 İyun 2026 20:23

    Bakıda Biznes Liderləri Zirvəsi keçiriləcək

    20 İyun 2026 17:52

    Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA

    20 İyun 2026 14:09

    Android 17 yeniləməsini alacaq smartfon və planşetlərin siyahısı tərtib edilib

    20 İyun 2026 11:05

    AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

    18 İyun 2026 22:30

    VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu

    17 İyun 2026 19:08

    AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

    17 İyun 2026 18:18

    Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq müzakirə olunub

    17 İyun 2026 18:07
    XƏBƏR LENTİ

    Şura surəsi nədən bəhs edir?

    Hörmüz boğazından Livana qədər: Vaşinqton-Tehran memorandumunun iqtisadi və hərbi fəsadları

    Tarixdə bu gün - 22 İyun

    Casio brendi nəbzölçən və günəş enerjili yeni G-Shock G-Lide GBX-H5600 saatlarını təqdim edib

    HONOR MagicBook X16 2026 noutbukunun icmalı: Tanış korpusda yeni daxili güc

    İran Trampın təhdidlərinə cavab verdi: “Silahlı qüvvələrimiz istənilən cavabı verməyə hazırdır”

    Fidelin inqilabını yaşadan dövlətin baş memarı - Raul Kastro

    Aldatıldığını düşünən müştəri BMW-dən pulunu aldı

    Trampdan İrana sərt xəbərdarlıq: Hörmüz boğazı bağlanarsa, “ölkəniz belə qalmayacaq”

    Azaltmaq çarə deyil: Siqaret risklərindən qurtulmağın yeganə formulu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.