Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycan dünyəvi dövlət olaraq dini müxtəlifliyə hörmət və tolerantlıq siyasətini uğurla həyata keçirir - Ramin Məmmədov

    24 Dekabr 2025 10:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan dünyəvi dövlət olaraq dini müxtəlifliyə hörmət və tolerantlıq siyasətini uğurla həyata keçirir - Ramin Məmmədov
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edərək bildirib ki, ölkəmiz dünyəvi dövlət olaraq dini müxtəlifliyə hörmətlə yanaşır və dövlət-din münasibətləri modeli beynəlxalq normalara uyğun şəkildə uğurla tətbiq edilir.

    AzerVoice xəbər verir ki, Məmmədov çıxışında vurğulayıb ki, 2024-cü ildə təməli qoyulan bu forum ənənəsi dövlət-din münasibətlərinin sağlam və davamlı inkişafının göstəricisidir. O deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Forum iştirakçılarına ünvanladığı müraciətdə əks olunan strateji hədəflər bu ilki tədbirin gündəliyini müəyyənləşdirib və fəaliyyətə istiqamət verib.

    Komitə sədri bildirib ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, müxtəlif sivilizasiyaların qovuşduğu, fərqli etnos və dinlərin qarşılıqlı hörmət şəraitində yaşadığı tolerant mühitə malikdir. O qeyd edib ki, bu coğrafiyada tolerantlıq həyat tərzinə çevrilib və müxtəlif dini abidələr – məbədlər, sinaqoqlar və kilsələr bu zəngin mənəvi irsin əsas dayaqlarıdır.

    Ramin Məmmədov həmçinin diqqət çəkib ki, ölkəmizdə din siyasəti demokratik, hüquqi və dünyəvi dövlətçilik prinsiplərinə əsaslanır. O vurğulayıb ki, vicdan və dini etiqad azadlığı yalnız formal hüquq deyil, real dəyər kimi təmin edilir və dövlət bütün konfessiyalara bərabər imkanlar yaradır.

    Komitə sədri bildirib ki, dövlət-din münasibətləri modeli Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilmişdir. Məmmədovun sözlərinə görə, Azərbaycan dünyanın multikulturalizm mərkəzinə çevrilib və bu model xalqın milli kimlik şüurunun möhkəmlənməsinə xidmət edir.

    Çıxışda Heydər Əliyev Fondunun dini abidələrin bərpası və inşasında, xüsusilə işğaldan azad edilmiş ərazilərdə mənəvi irsin dirçəldilməsindəki roluna da diqqət çəkilib. Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun “Mənəvi dəyərlər” həftəsi çərçivəsində gənclərin milli ənənələrə bağlılığının artırılması üzrə təşəbbüslər də vurğulanıb.

    Məmmədov, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin beynəlxalq aləmdə təbliği üçün sistemli əməkdaşlıq platformalarının yaradıldığını və dini liderlərin ölkəmizə səfərlərinin bu məqsədə xidmət etdiyini bildirib.

    Forum çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalı da yüksək qiymətləndirilib. Məmmədov qeyd edib ki, tədbir müxtəlif dini icmaların ənənələrinin nümayişi və dinlərarası harmoniya mesajı ilə Azərbaycan tolerantlıq modelini dünyaya çatdırıb.

    Ramin Məmmədov çıxışını Azərbaycanın dövlət-din münasibətləri modelinin milli sərvət olduğunu qeyd edərək yekunlaşdırıb və tolerantlıqla dinc yanaşı yaşamağın ölkənin gələcək inkişafının təminatlarından biri olduğunu vurğulayıb.

    #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) #Ramin Məmmədov #Din xadimlərinin təlimi #Ramin Məmmədov çıxışı #dinlərarası dialoq #dini tolerantlıq #Azərbaycan Din Xadimlərinin II Forumu #dövlət-din münasibətləri #Din Xadimlərinin II Forumu #Qafqazda tolerantlıq #dini liderlərin səfərləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

    9 İyul 2026 16:39

    Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

    8 İyul 2026 11:47

    Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

    7 İyul 2026 16:32

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

    25 İyun 2026 10:13

    Ramin Məmmədov 30-cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimində iştirak edib

    12 İyun 2026 15:46

    Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib

    4 İyun 2026 16:37

    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir

    8 May 2026 15:51

    Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub

    7 May 2026 10:51
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.