#dinlərarası dialoq

Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Y.N. Aytkenov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edərək Azərbaycanın tolerant və multikultural mühitə malik olduğunu vurğulayıb. Aytkenov bildirib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların sülh, qarşılıqlı hörmət və dialoq şəraitində yaşadığı ölkədir. O, dövlət-din münasibətlərinin konstitusion prinsiplərə əsaslandığını və vicdan azadlığının təmin edildiyini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edərək bildirib ki, ölkəmiz dünyəvi dövlət olaraq dini müxtəlifliyə hörmətlə yanaşır və dövlət-din münasibətləri modeli beynəlxalq normalara uyğun şəkildə uğurla tətbiq edilir. Məmmədov çıxışında vurğulayıb ki, 2024-cü ildə təməli qoyulan bu forum ənənəsi dövlət-din münasibətlərinin sağlam və davamlı inkişafının göstəricisidir. O deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Forum iştirakçılarına ünvanladığı müraciətdə əks olunan strateji hədəflər bu ilki tədbirin gündəliyini müəyyənləşdirib və fəaliyyətə istiqamət verib.