Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    MÜSİAD Mersin nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib

    2 Avqust 2025 15:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    MÜSİAD Mersin nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycanda səfərdə olan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Mersin şöbəsinin sədri Mehmet Sait Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra rəsmi və institusional görüşlər keçirib.

    AzerVoice xəbər verir ki, ilk olaraq nümayəndə heyəti, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirlinin müşayiəti ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb. Səfir Birol Akgün, Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə bir-birinə güclü dəstək verdiyini vurğulayaraq, bu həmrəyliyin İkinci Qarabağ müharibəsi və 6 fevral zəlzələsi zamanı bir daha təsdiq olunduğunu qeyd edib. O əlavə edib ki, Azərbaycanın güclü iqtisadiyyatı, təhlükəsiz mühiti, eyni dil və ortaq mədəniyyətə sahib olması ölkəni Türkiyəli iş adamları üçün cəlbedici investisiya məkanına çevirir. Görüşdə, həmçinin səfirliyin ticarət üzrə baş müşavirləri Murat Yaman və Nevzat Bozkurt iştirak edərək, nümayəndə heyətinin suallarını cavablandırıb və Azərbaycandakı iş mühiti ilə bağlı tövsiyələrini bölüşüblər.

    Daha sonra nümayəndə heyətinin iştirakı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) görüş keçirilib. KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Azərbaycanlı və Türkiyəli iş adamları arasında qarşılıqlı səfərlərin artmasının əhəmiyyətindən bəhs edərək, artan ticarət əlaqələrinin iki ölkənin dövlət başçıları tərəfindən qarşıya qoyulan illik 15 milyard ABŞ dolları ticarət dövriyyəsi hədəfinə yaxın zamanda nail olunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə inşaat, tekstil, qida, logistika, maliyyə və istehsal sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, KOBİA tərəfindən Azərbaycandakı biznes və startap mühiti, investisiya imkanları, işğaldan azad edilmiş bölgələrdə yaradılmış infrastruktur və mövcud imkanlar barədə təqdimat nümayiş etdirilib.

    Nümayəndə heyətinin proqramı Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) səfərlə davam edib. ASK-nın baş katibi Ziya Hacılı, hazırda 4000-dən artıq Türkiyə şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq, gündən-günə inkişaf edən ikitərəfli əlaqələrin bu sayın daha da artmasına zəmin yaradacağını qeyd edib. Görüş zamanı Qarabağda yaradılan şərait və infrastrukturun kənd təsərrüfatı sahəsində geniş imkanlar yaratdığı bildirilib. ASK tərəfindən sahibkarlara göstərilən dəstəklər və həyata keçirilən fəaliyyətlər barədə nümayəndə heyətinə ətraflı məlumat təqdim olunub.

    Səfərin sonunda heyət MÜSİAD Azərbaycan Dərnəyi mərkəzində təşkil edilən görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri və təşkilatın digər üzvləri ilə bir araya gəlib. Görüşdə MÜSİAD Azərbaycan sədri Rəşad Cabirli və MÜSİAD Mersin şöbəsinin sədri Mehmet Sait Kayan tərəfindən şöbələrin fəaliyyəti və gələcək layihələri barədə təqdimat edilib. Rəşad Cabirli çıxışı zamanı Azərbaycanın strateji mövqeyi və 10 ölkə ilə mövcud Azad Ticarət Sazişləri sayəsində Müstəqil Dövlətlər Birliyi ölkələrinə gömrüksüz çıxış imkanına malik olduğunu diqqətə çatdırıb.

    Görüş çərçivəsində, Azərbaycanın Türkiyəli iş adamları arasında daha yaxından tanıdılması məqsədilə nəşr olunan “Azerbaycana gelmek üçün 101 neden” adlı kitab nümayəndə heyətinə təqdim olunub.

    #Türkiyə #Azərbaycan #MÜSİAD Azərbaycan #MÜSİAD #Rəşad Cabirli #Mersin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    2 Sentyabr 2026 15:50

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48
    XƏBƏR LENTİ

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    Mubadala Energy 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    "Absher" və "Maidan Companion" - Səudiyyə Ərəbistanı təhlükəsizliyin gələcək modelini açıqladı

    Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.