Bakı, AzerPress:
01 dekabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsisinin (DQİDK) və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Ailə instutunun gücləndirilməsinə təhlükə: zərərli vərdişlər” mövzusunda seminar keçirilib.
AzerPress xəbər verir ki, seminarda Quba RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Aynur Yəhyayeva, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini Aysel Şeydayeva, Quba rayon Təhsil sektorunun məsul əməkdaşı Gülər Vəlimuradova, Quba RİH başçısının Amsar ərazi dairəsi üzrə nümayəndəsi Dəyanət Hacıyev, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Çıxışlar zamanı, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələrindən bəhs edilərək bildirilib ki, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi çərçivəsində ailənin inkişafına yönələn tədbirlərə xüsusi diqqət ayrılır. Qeyd edildi ki, ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Ulu Öndər Heydər Əliyevin dəstəyi əsasında mühüm beynəlxalq Konvensiyalar ratifikasiya edilmiş və qanunlar qəbul edilmişdir. Cənab Prezident İlham Əliyev tərəfindən həmin qanunvericilik islahatları uğurla davam etdirilmiş, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülmüş və bu tədbirlər davam etdirilir.
Müzakirələr ilə davam etdirilən seminarda məlumat verildi ki, ailə institunun sağlam özüllər üzərində inkişafı üçün hər bir insan zərərli vərdişlərdən uzaq olamalıdır. Çünki zərərli vərdişlər insanın müxtəlif sağalmaz xəstəliklərə tutulmasına, bu isə son nəticədə ailə institunun zəifləməsinə gətirib çıxarır.



