Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib

    22 İyun 2024 23:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. VOA

    Azərbaycan nümayəndə heyətinin Çin tərəfi ilə Pekin Dil və Mədəniyyət Universitetində toplantısı keçirilib. Görüş zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Mətbuat və Yayım Administrasiyası arasında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna əsasən hər iki ölkənin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı hazırkı vəziyyət və görüləcək işlər müzakirə olunub.

    Nazirlikdən VOA-ya bildirilib ki, Milli Mətbuat və Yayım Administrasiyasının birinci dərəcəli müfəttişi, Mərkəzi Komitənin Təbliğat Şöbəsinin İdxal və İxrac Bürosunun direktor müavini Cao Hayyun nümayəndə heyətini salamlayıb və Çin-Azərbaycan mədəni əməkdaşlığının davamı olaraq tərcümə layihəsinin önəmini vurğulayıb. Bildirib ki, layihə iki xalqın mədəni irsinin öyrənilməsi və təbliğinə öz töhfəsini verəcək.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyəti Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın iştirakının təşkili ilə bağlı göstərilən dəstəyə, eyni zamanda, Azərbaycanın mədəni irsinə olan diqqətə görə təşəkkürünü ifadə edib. Çin tərəfinə tərcümə layihəsinin hazırkı vəziyyəti ilə bağlı məlumat verilib, həmçinin Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində iki xalqın mədəni əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edilib. Çin tərəfi 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində bir neçə Çin nəşriyyatının iştirak edəcəyini bildirib.

    Görüş Bakı Beynəlxalq Kitab Sərgisinin tanıtım çarxının nümayişi ilə yekunlaşıb.

    Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib
    #Azərbaycan #Çin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çin ABŞ və İrana müraciət etdi: Müharibəni dayandırın

    11 İyun 2026 14:43

    Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb

    11 İyun 2026 14:14

    Zakir Həsənov Pakistana başsağlığı verib

    11 İyun 2026 09:20

    Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

    10 İyun 2026 21:41

    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib

    10 İyun 2026 20:54

    MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

    10 İyun 2026 17:48

    Azərbaycan və Yaponiya XİN başçılarının görüşündə dəniz təhlükəsizliyinin vacibliyi vurğulanıb

    10 İyun 2026 15:53

    Uşaqların şəxsi məlumatları kommersiya maraqlarına çevrilə bilməz - Əhməd İsmayılov

    10 İyun 2026 15:38

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    10 İyun 2026 14:34

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    9 İyun 2026 23:00

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    9 İyun 2026 22:41

    Çin Yaxın Şərqdə vəziyyəti sakitləşdirmək üçün konkret addımlar atılmasını tələb edib

    9 İyun 2026 21:40
    XƏBƏR LENTİ

    İsrail Baş nazirinin sözlərinin heç bir çəkisi yoxdur - Numan Kurtulmuş

    Çin ABŞ və İrana müraciət etdi: Müharibəni dayandırın

    Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb

    Səudiyyə Livana tətbiq etdiyi qadağanı ortadan qaldırıb

    Hava məkanımızın pozulmasına icazə verməyəcəyik - İordaniya

    BAEA-dan İrana nüvə ultimatumu

    Kipr türklərinin təhlükəsizliyinə yönələn təhdidlərin qarşısı alınacaq - Türkiyə MN

    Kubada dəhşətli böhran: Nə işıq var, nə su, nə də dərman

    Vens Netanyahunu tənqid etdi: “Səhvlərə yol verib”

    FİFA prezidenti ABŞ-də keçiriləcək turnirlə bağlı tənqidlərə cavab verib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.