Yaxın Şərqdə ABŞ ilə İran arasında artan gərginlik hərbi qarşıdurmadan kənara çıxaraq enerji marşrutları və strateji boğazlar üzərində geosiyasi rəqabəti yeni mərhələyə daşıyıb. Analitiklər hesab edirlər ki, Vaşinqton İranın Hörmüz boğazı üzərindəki təsir imkanlarını zəiflətmək üçün alternativ ixrac marşrutları formalaşdırmağa çalışır.
Baş xəbər
Rəqəmsal platformalarda tanınmaq təkcə fərqli görünməklə mümkün deyil. Marketinq mütəxəssisləri hesab edirlər ki, uzunmüddətli şəxsi brend yaratmaq üçün fərqlənmə ilə yanaşı dəyər yaratmaq və davamlılıq da əsas şərtlər sırasındadır.
Qətərin rəqəmsal ödənişlər ekosistemi 2026-cı ilin may ayında da sürətli böyüməsini davam etdirib. Qətər Mərkəzi Bankının (QCB) açıqladığı son məlumatlar kart ödənişləri, bank köçürmələri və anında ödəniş xidmətlərində böyük artım olduğunu göstərir. Bu göstəricilər həm istehlakçıların, həm də biznes subyektlərinin elektron ödəniş həllərinə və rəqəmsal bankçılıq platformalarına keçidini sürətləndirdiyini nümayiş etdirir.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, fevralın 28-də başlayan Amerika və İsrail hücumları hakimiyyətin ən yüksək səviyyələrində hələ də davam edən bir “təhlükəsizlik boşluğu”nun mövcudluğunu üzə çıxarıb. O qeyd edib ki, bu nüfuz etmə təkcə məlumatların sızdırılması ilə məhdudlaşmayıb. Bu problem həm də qərarların qəbul edilməsi prosesinə təsir göstərməyə qədər uzanıb. Eyni zamanda idarəetmə təsisatları daxilindəki psixoloji ab-havanı yönləndirməyə qədər genişlənib.
Müasir Qərb ədəbiyyatının dini mətnlərlə münasibəti son dövrlərdə yenidən müzakirə mövzusuna çevrilib. Bəzi ədəbiyyatşünaslar və publisistlər hesab edirlər ki, sekulyar kimi təqdim olunan bir çox məşhur Qərb əsərləri əslində Bibliya motivləri və dini simvollar üzərində qurulub.
Son illər diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB), disleksiya, bipolyar pozuntu və digər psixi sağlamlıq mövzularının ictimai müzakirələrdə daha çox yer alması bu xəstəliklərin həqiqətən artıb-artmaması ilə bağlı sualları gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, bu tendensiyanı tək bir səbəblə izah etmək mümkün deyil və məsələ tibbi, sosial və kommunikasiya amillərinin birgə təsiri ilə formalaşır.
İnsan orqanizmi gözlə görünməyən, amma hər an baş verən milyonlarla bioloji, fizioloji və davranış proseslərinin vahid sistemidir. Bu möcüzəli sistemin bəzi incəlikləri isə, sadəcə tibbi məlumat olmaqla qalmır, gündəlik həyatımızın fonunda maraqlı hekayələrə çevrilir. Gəlin insan bədəninə aid bir neçə qeyri-adi, lakin elmə əsaslanan faktlara birlikdə nəzər salaq.
BAKI, AzerVoice. Beynəlxalq hərbi analiz qurumu Global Firepower tərəfindən açıqlanan 2026-cı ilin dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri reytinqində Türkiyə Silahlı Qüvvələrinin Bordo Berelilər xüsusi təyinatlı bölməsi dördüncü sırada yer alıb.
Müasir avtomobillərin rəqəmsallaşması və qlobal şəbəkəyə davamlı bağlı olması sürücülər arasında təhlükəsizlik və izlənilmə qorxusunu artırır. Xüsusilə yeni nəsil avtomobil oğrularının elektron sistemləri cəmi 30 saniyəyə sındıraraq nəqliyyat vasitələrini qaçırması fonunda, istehsalçılar daha kəsərli müdafiə mexanizmləri hazırlamağa məcbur olurlar. Amerikanın avtomobil nəhəngi "Ford", bu növ cinayətkarlığa qarşı sadə, lakin olduqca effektiv müdafiə aləti təqdim edib: "FordPass" tətbiqi vasitəsilə mühərrikin uzaqdan bloklanması sistemi (Remote engine start inhibitor / Killswitch).
Böyük Birlik Partiyasının (BBP) mərhum sədri Muhsin Yazıcıoğlu və daha beş nəfərin həyatını itirdiyi helikopter qəzası ilə bağlı istintaqda 17 ildən sonra yeni iddialar araşdırma materiallarına daxil edilib. İstintaq çərçivəsində həbs olunan şübhəlilərdən biri, F-4 hərbi təyyarəsində Silah Sistemləri Zabitı kimi xidmət etmiş Ali Armağan barəsində helikopter qəzası ilə bağlı yeni ittihamlar irəli sürülüb.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Kipr Sülh Hərəkatının 52-ci ildönümü münasibətilə yaydığı bəyanatda Avropa Parlamentinin Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) ilə bağlı mövqeyini kəskin tənqid edib və Kipr türklərinin gələcəyinə dair qərarların Brüsseldə deyil, Kipr türk xalqı tərəfindən veriləcəyini bildirib.
Lev Tolstoy dünya realist ədəbiyyatının ən böyük sütunlarından biri olmaqla yanaşı, insan qəlbinin dərin mənəvi axtarışlarını sənətə çevirən dahi mütəfəkkirdir. 1828-ci ildə zadəgan ailəsində doğulan müəllif, gənclik illərində Qafqazda hərbi xidmətdə olmuş və bu dövrdə yerli xalqların həyat tərzinə, sarsılmaz iradəsinə və dağların vəhşi gözəlliyinə heyran qalmışdır. Onun yaradıcılığında Qafqaz coğrafiyası sadəcə bir fon deyil, insan xarakterini sınağa çəkən amansız və təmizləyici bir mühit kimi çıxış edir. Tolstoy imperiya ordusunda xidmət etsə də, müharibənin gətirdiyi amansızlığı, talançılığı dərindən sorğulamış və sonradan barışmaz bir sülh tərəfdarına çevrilmişdir. Onun yazıları sadə və süssüz dili ilə seçilir; o, həqiqəti olduğu kimi nümayiş etdirməyin ən böyək sənətkarlıq olduğuna inanırdı. Müəllifin Qafqaz mövzusunda yazdığı əsərlər onun humanizm fəlsəfəsinin ilk rüşeymlərini daşıyır. Z nəsli üçün Tolstoy, qərəzlərdən uzaqlaşaraq fərqli mədəniyyətlərə hörmətlə yanaşmağın və hər bir şəraitdə ləyaqəti qorumağın zamansız nümunələrini təqdim edən dahi ustad sayılır.