Baş xəbər

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Böyük Britaniya kapitallı 50 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Britaniya kapitallı şirkətlərin ümumi kapitalı 842 milyon 400 min 75 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 349 milyon 955 min 800 türk lirəsi olub.

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Fələstin kapitallı 48 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Fələstin kapitallı şirkətlərin ümumi kapitalı 140 milyon 195 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 36 milyon 900 min türk lirəsi olub.

XXI əsrin ən mühüm geosiyasi proseslərindən biri Çinin qlobal güc kimi yüksəlişi və bu yüksəliş fonunda ABŞ ilə formalaşan strateji rəqabətdir. Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Pekinin iqtisadi, texnoloji və hərbi imkanlarının artması dünya nizamının gələcəyini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir.

Prezident İlham Əliyev Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. Görüşdə Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Enerji, Orta Dəhliz, nəqliyyat və logistika sahələrində əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Kənd təsərrüfatında Almaniya texnologiyalarının tətbiqi məsələsinə toxunulub. “Ağıllı kənd təsərrüfatı” istiqamətində əməkdaşlıq perspektivləri qeyd edilib. Turizm sahəsində də qarşılıqlı imkanlar müzakirə olunub.

Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə gedib. Azərbaycan lideri iyulun 20-də axşam saatlarında Berlinə çatıb. Hava limanında onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident rəsmi şəxslər tərəfindən qarşılanıb. Səfər çərçivəsində Azərbaycan-Almaniya əlaqələrinin müzakirə olunacağı gözlənilir. Tərəflərin enerji, iqtisadiyyat və regional məsələlər barədə fikir mübadiləsi aparacağı bildirilir. Səfər iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

İslamabad anlaşmasının pozulmasından sonra ABŞ və İran arasında hərbi qarşıdurma yenidən genişlənib. ABŞ İranın hərbi obyektlərinə zərbələr endirir, İran isə bölgədə ABŞ qüvvələrinə və müttəfiqlərinə qarşı cavab verir. Hörmüz boğazında gərginlik enerji bazarlarına təsir göstərir. Körfəz ölkələri təhlükəsizlik riskləri ilə üzləşir. İran iqtisadi və hərbi təzyiq altında qalsa da, danışıqlar imkanlarını tam bağlamayıb. ABŞ bölgədə enerji axınının və müttəfiqlərinin təhlükəsizliyinin qorunmasına üstünlük verir. Münaqişənin gələcəyi diplomatik səylərdən və tərəflərin eskalasiyanı azaltmaq qərarından asılıdır.

Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində Suriyadan 16 Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Onların 7-si qadın, 9-u isə uşaqdır. Repatriasiya prosesi iyulun 18-i və 19-da həyata keçirilib. Əvvəlcə şəxslərin kimliyi və Azərbaycan vətəndaşlığı müəyyən edilib. İşçi Qrupun nümayəndələri Suriyada ilkin tibbi və psixoloji müayinələr təşkil ediblər. Azərbaycan səfirlikləri və konsulluqları qayıdış prosesində iştirak edib. Repatriantların sosial uyğunlaşması və cəmiyyətə inteqrasiyası üçün tədbirlər görüləcək. Azərbaycan hökuməti bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.

Fələstinin HƏMAS hərəkatı Xəlil əl-Həyyənin təşkilatın Siyasi Bürosunun yeni rəhbəri seçildiyini elan edib. Xəlil əl-Həyyə uzun illərdir HƏMAS-ın siyasi qanadında fəaliyyət göstərən əsas fiqurlardan biri hesab olunur. O, əvvəllər təşkilatın Qəzza zolağındakı rəhbərliyində və müxtəlif danışıqlar prosesində iştirak edib.

Hələ bir qədər əvvəl “Hizbullah”ın son iki ildə regionda baş verən dəyişikliklərin ən böyük uduzan tərəfi olduğu hesab edilirdi. Onun hərbi və siyasi rəhbərliyinə endirilən kütləvi İsrail zərbələri, eləcə də Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminin devrilməsi təşkilatın malik olduğu misilsiz hərbi və regional nüfuz dövrünün sona çatdığı təəssüratını yaradırdı. Lakin ABŞ və İsrailin İrana qarşı müharibəsi, eləcə də Tehran və Ankara üçün prioritetlərin dəyişməsi şəraiti yenidən dəyişdi. Bu durum təşkilata yeni manevr imkanları qazandırdı. Bu hal “Hizbullah”ın əvvəlki gücünü bərpa etməsi ilə değil, onu əhatə edən strateji mühitin kəskin şəkildə dəyişməsi ilə bağlıdır.

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Azərbaycan kapitallı 116 yeni şirkət qeydiyyata alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 51 şirkət və ya təxminən 78,5 faiz çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə fəaliyyətə başlayan Azərbaycan kapitallı şirkətlərin ümumi kapitalı 237 milyon 237 min türk lirəsi təşkil edib. Müqayisə üçün qeyd olunub ki, 2025-ci ilin eyni dövründə bu göstərici 392 milyon 600 min türk lirəsi olub.

2026-ci ilin yanvar-iyun ayında Türkiyədə ABŞ kapitalı ilə 46 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan ABŞ şirkətlərinin məcmu kapitalı 9 milyard 88 milyon 955 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 79 milyon 22 min 500 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.