Qətər iranlı generalın Dohanın müharibənin əvvəlində vurulan üç hərbi pilotu azad etməli olduğu barədə açıqlamasından sonra şənbə günü hər hansı iranlı pilotu saxladığını qəti şəkildə təkzib edib.
"Biz iranlı pilotların saxlanılması ilə bağlı yayılan iddiaları qəti şəkildə təkzib edirik və regionda gərginliyi azaltmağa yönəlmiş davamlı diplomatik səylər və təşəbbüslər fonunda, məhz bu vaxtda səsləndirilən bu cür çaşdırıcı bəyanatlara təəccüblənirik".- deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari bildirib
Qətər İranla razılaşmanın və Qəzzada atəşkəsin icrasının sürətləndirilməsinə çağırıb
O əlavə edib ki, Qətərin xilasediciləri pilotların axtarışı zamanı öz vəzifələrini tam şəkildə yerinə yetiriblər.
Əl-Ənsari qeyd edib ki, tapılan pilotlardan birinin nəşinin təhvil verilməsini koordinasiya etmək üçün İran tərəfi ilə əlaqə saxlanılıb.
"Qətər həmçinin aprel ayında axtarış-xilasetmə əməliyyatlarının təfərrüatları ilə tanış olmaq üçün İran nümayəndə heyətini Qətərə səfərə dəvət edib, lakin İran tərəfi hələ də bu dəvətə cavab verməyib", – deyə o bildirib.
Daha əvvəl İran Silahlı Qüvvələrinin generalı Məhəmməd Baqirzadə hərbi əməliyyatlar zamanı qəzaya uğrayan "Su-24" qırıcı təyyarələrinin üç iranlı pilotunun Qətər qüvvələri tərəfindən sağ olaraq əsir götürüldüyünü iddia etmişdi.