BAKI,VOA, Fərid Mikayılov
Pakistan Xarici İşlər Nazirliyi İran hərbi təyyarələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
VOA xəbər verir ki, rəsmi İslamabad İran hərbi təyyarələrinin Pakistanın Nur Xan aviabazasında “qorunması” barədə mediada yayılan xəbərləri təkzib edib.
Məlumata görə, Pakistan Xarici İşlər Nazirliyi bu məlumatları “yanıltıcı və sensasiya xarakterli” adlandırıb.
Bildirilib ki, İran təyyarələri atəşkəs dövründə Pakistana gəlib və onların hər hansı hərbi əməliyyat və ya müdafiə planı ilə əlaqəsi yoxdur.
Nazirlik bəyan edib ki, Pakistanın İran təyyarələrini mümkün ABŞ hücumlarından qoruduğu barədə iddialar həqiqəti əks etdirmir və regional sabitliyə zərər vurmağa yönəlmiş spekulyativ yanaşmadır.
Qeyd edək ki, ABŞ mediasında yayılan xəbərlərdə Pakistanın vasitəçi roluna baxmayaraq İran hərbi təyyarələrinin ölkə ərazisində saxlanmasına səssiz razılıq verdiyi iddia olunmuşdu.