Qətərin Ticarət və Sənaye Nazirliyi (MOCI) 2026-cı ilin ikinci rübü üzrə əsas fəaliyyət göstəricilərini açıqlayıb. Hesabat dövründə həyata keçirilən 131 mindən çox əməliyyatın 86 faizi elektron qaydada icra olunub, onlayn xidmətlər üzrə istifadəçi məmnuniyyəti isə 93 faiz təşkil edib.
#Türkiyə-İraq-Qətər-BƏƏ əməkdaşlığı
Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə Dövlət Naziri Əhməd bin Məhəmməd əl-Səyid Ankarada Türkiyə Respublikasının Ticarət Naziri Ömər Bolat və Türkiyə Respublikasının Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Qətər iranlı generalın Dohanın müharibənin əvvəlində vurulan üç hərbi pilotu azad etməli olduğu barədə açıqlamasından sonra şənbə günü hər hansı iranlı pilotu saxladığını qəti şəkildə təkzib edib.
Qəzza müharibəsinin başa çatması və onun doğurduğu humanitar, siyasi və geosiyasi fəsadlardan sonra Yaxın Şərqin konturları görünməmiş şəkildə dəyişməyə başlayıb. Əgər İsrail hərbi üstünlüyünün ona yeni regional nizamda liderlik qazandıracağını düşünürdüsə, reallıq tamamilə əksini göstərdi. Əksinə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, Körfəz ölkələri regional balansın qurulmasında əsas gücə çevrildi. Tel-Əviv isə tədricən təşəbbüsü itirdi və hərbi gücü siyasi və etik yükə çevrilməyə başladı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 14-də Qətərə səfər edəcək. Doha bazar və bazar ertəsi günləri İsrailin Qətərə qarşı həyata keçirdiyi hücumu müzakirə etmək məqsədilə fövqəladə Ərəb-İslam sammitinə ev sahibliyi edəcək. Sammitdə həm ərəb ölkələrinin, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərinin iştirakı gözlənilir. Toplantının əsas gündəliyini İsrailin Dohaya endirdiyi son hücum, Qətərin suverenliyinin pozulması və bölgədə artan gərginlik təşkil edəcək.
Putin və Qətər əmiri arasında Moskvadakı görüşdə əsas diqqət “aktual məsələlərə”, xüsusən də ticarətə və beynəlxalq maraq doğuran mövzulara yönələcək.
BƏƏ-nin İran və ABŞ arasında mümkün vasitəçi roluna çevrilməsi regional diplomatiyanın yeni mərhələsinə işarə edir, lakin Tehranın reaksiyası bu prosesin istiqamətini müəyyən edəcək.