Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    BTQ Fransadan BMT Komitəsinin Yeni Kaledoniyaya dair çağırışlarına dərhal əməl etməyi tələb edir

    9 May 2026 16:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BTQ Fransadan BMT Komitəsinin Yeni Kaledoniyaya dair çağırışlarına dərhal əməl etməyi tələb edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Bakı Təşəbbüs Qrupu BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Kanakidə (Yeni Kaledoniya) Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və seçici korpusunun dəyişdirilməsi cəhdləri ilə bağlı Fransaya ünvanladığı xəbərdarlığı alqışlayır və Fransadan Komitənin çağırışlarına dərhal əməl etməyi tələb edir.

    VOA xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun bəyanatında qeyd olunub.

    BTQ-nin mövqeyi ondan ibarətdir ki, Kanaki ilə bağlı hər hansı siyasi və inzibati dəyişiklik Kanak xalqının razılığı alınmadan həyata keçirilə bilməz. Komitə də məhz bu fikiri təsdiqləyib. Bu, yalnız siyasi məsələ deyil, beynəlxalq hüququn, dekolonizasiya prosesinin və yerli xalqların kollektiv hüquqlarının əsas tələbi və haqqıdır.

    BMT Komitəsinin hesabatında qeyd olunduğu kimi, Numea sazişi Kanak kimliyinin tanınması, daha geniş muxtariyyətin əldə edilməsi və Kanak xalqının öz siyasi gələcəyini müəyyən etməsi üçün mühüm çərçivə yaradıb. Bu çərçivəyə birtərəfli qaydada müdaxilə edilməsi və Numea sazişində təsbit olunmuş təminatların sual altına alınması sazişin yaratdığı siyasi-hüquqi tarazlığı pozur və Kanak xalqının öz siyasi gələcəyini sərbəst şəkildə müəyyən etmək imkanlarını zəiflədir.

    Bakı Təşəbbüs Qrupu Fransanın kənardan adaya yerləşdirdiyi gəlmələr hesabına səsvermə hüququ olan şəxslərin genişləndirilməsi istiqamətində atdığı addımları qəti şəkildə pisləyir. Kanak xalqının razılığı olmadan seçki korpusuna müdaxilə edilməsi yerli xalqın siyasi iradəsinin zəiflədilməsi, demoqrafik balansın dəyişdirilməsi və dekolonizasiya prosesinin nəticələrinin süni şəkildə təhrif olunması kimi qiymətləndirilməlidir.

    Bununla yanaşı, 2024-cü ilin may ayında baş vermiş etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq və qeyri-mütənasib güc tətbiqi, o cümlədən ölümcül zorakılıq halları ilə bağlı iddiaların müstəqil, şəffaf və effektiv şəkildə araşdırılması barədə BMT Komitəsinin çağırışını dəstəkləyirik. Kanak insan hüquqları müdafiəçilərinin və müstəqillik tərəfdarı fəalların razılıqları olmadan Fransanın Avropa ərazisindəki həbsxanalara aparılması ilə bağlı narahatlıqlar da beynəlxalq insan hüquqları mexanizmləri tərəfindən diqqətlə araşdırılmalıdır.

    Bakı Təşəbbüs Qrupunun müraciətindən sonra BMT mexanizmləri çərçivəsində bu məsələlərin xüsusi narahatlıq predmeti kimi gündəmə gətirilməsi və müvafiq xəbərdarlığın dərc olunması, təşkilatımızın qaldırdığı narahatlıqların beynəlxalq səviyyədə nəzərə alındığını və Kanak xalqının hüquqlarının müdafiəsi istiqamətində konkret reaksiyaya səbəb olduğunu göstərir.

    Fransanın Kanak xalqını nəzərə almadan irəli sürdüyü təşəbbüslər müasir dövrdə davam edən müstəmləkəçi idarəçilik praktikasının bariz nümunəsidir. Kanaki xalqının gələcəyi Parisdə qapalı danışıqlarda deyil, Kanak xalqının real, bərabər və səmərəli iştirakı ilə müəyyən edilməlidir.

    Bakı Təşəbbüs Qrupu tərəfindən BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim edilmiş alternativ hesabatdan sonra BMT mexanizmləri Fransa qarşısında bir sıra mühüm məsələlər qaldırmışdır. Bu məsələlər sırasında, adətən terrorla mübarizə və girovların azad edilməsi kimi xüsusi təhlükəsizlik əməliyyatlarında istifadə olunan Fransanın elit jandarm bölməsi GIGN-in Kanakiyə göndərilməsi ilə bağlı narahatlıqların nəzərə alınması, bu qüvvələrin iştirakı fonunda həddindən artıq və qeyri-mütənasib güc tətbiqi iddialarının müstəqil və şəffaf şəkildə araşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, ifadə azadlığı və dinc toplaşmaq hüququnun qorunması, həmçinin eskalasiyanın səbəblərinin araşdırılaraq BMT-yə məruzə edilməsi yer almışdır.

    Bakı Təşəbbüs Qrupu Fransanı BMT Komitəsinin çağırışlarını tam və gecikmədən icra etməyə, Kanak xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət göstərməyə, Numea sazişinin dekolonizasiya ruhuna sadiq qalmağa və Kanaki ilə bağlı bütün siyasi prosesləri yalnız Kanak xalqının sərbəst və məlumatlandırılmış razılığı əsasında davam etdirməyə çağırır.

    Bakı Təşəbbüs Qrupu Kanak xalqının ədalətli və azad gələcək uğrunda mübarizəsi ilə həmrəyliyini bir daha təsdiq edir və beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki neokolonial siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır.

    #Fransa #Yeni Kaledoniya #Bakı Təşəbbüs Qrupu #BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsi #Kanaki
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb

    25 Avqust 2026 19:25

    Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

    25 Avqust 2026 10:15

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Fransa-Səudiyyə Strateji Tərəfdaşlıq Şurası ilk dəfə toplanır - Gündəlikdə nələr var?

    21 Avqust 2026 10:08

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Makron ölümə yardım haqqında qanunu təsdiqlədi

    19 Avqust 2026 14:03

    İran iki fransalı diplomatı "persona non grata" elan etdi

    19 Avqust 2026 11:58

    Tehran Fransa səfirliyinin iki əməkdaşına qapıları bağladı

    17 Avqust 2026 18:20

    Tehran fransalı diplomatlarla bağlı ciddi ittihamlar irəli sürüb

    15 Avqust 2026 18:35

    Fələstinlilərin evlərini ələ keçirənləri cəzalandırın - Fransa

    14 Avqust 2026 20:44

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.