Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib

    16 Dekabr 2025 12:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 14-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində təşkil edilən BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunun açılış mərasimində və BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun Yüksək səviyyəli iclasında iştirak edib.

    AzerVoice xəbər verir ki, forumun açılış mərasimində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya məsələləri üzrə xüsusi nümayəndəsi Migel Moratinos, İspaniyanın inklüzivlik, sosial təhlükəsizlik və miqrasiya naziri Elma Saiz Delqado və Tükiyənin keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın çıxışları dinlənilib.

    Forumda Azərbaycanı mədəniyyət naziri Adil Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə təmsil ediblər.

    Qeyd edək ki, tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderlər, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri iştirak ediblər. “BMT-nin Sivilizasiyalar Alyansı: Bəşəriyyət üçün dialoqun 20 ili - Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” mövzusunda keçirilən builki Forum Alyansın yaranmasının 20 illiyinə və üçüncü onilliyə daxil olması münasibətilə davamlı sülhün təmin edilməsi istiqamətində gələcək fəaliyyət planının müəyyənləşdirilməsinə həsr olunub.

    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
    #BMT #Səudiyyə Ərəbistanı #Antonio Quterreş #Mədəniyyət Nazirliyi #Adil Kərimli #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Feysəl bin Fərhan əl Səud #Ər-Riyad #Binəli Yıldırım #Sivilizasiyalar Alyansı (UNAOC) #Elma Saiz Delqado #Migel Moratinos
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    21 İyul 2026 21:02

    Səudiyyə Ərəbistanı zəvvarlar üçün yeni Ümrə vizası qaydalarını açıqlayıb

    20 İyul 2026 21:10

    Husilər bütün variantlara hazır olduqlarını açıqlayıblar

    20 İyul 2026 18:33

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    19 İyul 2026 21:55

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    19 İyul 2026 21:24

    Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını sərt şəkildə pisləyib

    18 İyul 2026 21:03

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    İsrailli məskunlaşanlar dayandırılsın - Beyrutdan BMT-yə çağırış

    18 İyul 2026 19:14

    Qətər İranın İordaniya, Bəhreyn və Küveytə hücumlarını kəskin pisləyib

    18 İyul 2026 19:10

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    17 İyul 2026 21:45
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.