Səudiyyə Ərəbistanının XİN-i ABŞ Prezidenti Donald Trampın İranla bağlı hücum planlarını müvəqqəti dayandırmaq qərarını müsbət qarşılayıb və diplomatiya üçün yeni imkanlar yaradacağını bildirib. Nazir “X” platformasında yazıb ki, İran da danışıqların irəliləməsinə yönəlmiş səylərə “təcili şəkildə cavab verməlidir” və bu proses hərtərəfli bir sazişlə nəticələnməlidir.
#Feysəl bin Fərhan əl Səud
Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan ilə telefon danışığı aparıb. Telefon danışığı zamanı Suriyada baş verən son hadisələr, Qəzza üzrə sülh planının icrası və regionda mövcud olan digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Polşanın paytaxtı Varşavaya rəsmi səfərə gedib. Bu barədə Səudiyyə Mətbuat Agentliyi (SPA) məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində şahzadə Feysəl bin Fərhanın bu gün Polşanın Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski ilə görüşü nəzərdə tutulub. Görüş zamanı tərəflərin iki ölkə arasındakı ikitərəfli münasibətləri və əlaqələrin müxtəlif sahələr üzrə gücləndirilməsi yollarını müzakirə edəcəkləri gözlənilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib.
Görüşdə tərəflər regional və beynəlxalq vəziyyəti, xüsusilə də Qəzzada gərgin humanitar böhranı və İsrailin davam edən hücumlarını müzakirə ediblər. Onlar İslam ölkələrinin koordinasiyasının artırılmasının, hücumların dərhal dayandırılmasının və humanitar yardımın bölgəyə maneəsiz çatdırılmasının vacibliyini qeyd ediblər
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Fransa, Misir, Almaniya və Türkiyənin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla Qəzza zolağındakı vəziyyəti müzakirə edib. Feysəl bin Fərhan fransalı həmkarı Jan Noel Barro, misirli həmkarı Bədr Əbdül-Ati, almaniyalı həmkarı Yohan Vadeful, türkiyəli həmkarı Hakan Fidan və avropalı nümayəndə Kaya Kallasla ayrı-ayrılıqda telefon danışıqları aparıb.