#Azərbaycanın Türkmənistandakı Səfirliyi

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Annayev Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib. Bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib. Tərəflər Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edərək, iki ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində əməkdaşlığın strateji səviyyəyə yüksəldiyini vurğulayıblar.

Azərbaycan Respublikasına səfər etmək istəyən Türkmənistan vətəndaşları üçün “ASAN Viza” portalının türkmən dilində versiyası istifadəyə verilib. Bildirilir ki, portalın türkmən dilində versiyasının istifadəyə verilməsi elektron viza rəsmiləşdirilməsi prosesini Türkmənistan vətəndaşları üçün daha rahat və əlçatan etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) və Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən həyata keçirilib

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabaddakı “Yıldız” mehmanxanasında müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib. Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib. Tədbirdə səfir Qismət Gözəlov qonaqları salamlayıb, Ramazan ayının başlanması münasibətilə iştirakçıları təbrik edib. Səfir çıxışında bu mübarək ayın İslam aləmində mənəvi saflaşmanın, həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm simvolu olduğunu qeyd edib. Ramazanın insanlar arasında dostluq və anlayışın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Eyni zamanda, hər iki ölkədə dini dəyərlərə xüsusi ehtiramın göstərilməsinin və bu xüsusda, belə tədbirlərin keçirilməsinin mədəni və mənəvi dəyərlərin paylaşılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.