Dekabrın 24-də Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
#Konstitusiya və Suverenlik İli
Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Elm və Təhsil naziri Emin Əmrullayev, Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev çıxış edəcəklər.
Dekabrın 23-də Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral Kilsəsini ziyarət ediblər. Burada qonaqlara Azərbaycanın xristian icmalarının tarixi keçmişi, dini-mədəni irsi və ölkənin ictimai həyatında tutduğu yer barədə ətraflı məlumat təqdim olunub. Ziyarət zamanı müxtəlif konfessiyaların mədəniyyətinə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib.
Prezident İlham Əliyevin təşəbbüsü əsasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın icrasına başlanılıb. Bakı İstintaq Təcridxanasında 12 nəfər kişi cinsli məhkum azadlığa buraxılacaq. Onlar cəzalarının çəkilməmiş hissəsindən azad olunacaqlar.
Prezident İlham Əliyevin təşəbbüsü əsasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın icrasına başlanılıb. Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzası 6 ay azaldılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi və mənəvi məna daşıyır. Bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünə təsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və suverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Könüllülük sosial bir təşəbbüs deyil, bu – vətəndaş həmrəyliyinin, dövlətə bağlılığın ən gözəl təcəssümüdür. Bunu bu gün ədliyyə nazirinin müavini Toğrul Hüseynov “Konstitusiya və Suverenlik İli”nə həsr edilən 7-ci “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanı deyib.
S.Mikayılova qeyd edib ki, Konstitusiya həm hüquqi, həm də ideoloji baxımdan milli suverenliyin rəmzidir.
Xarici İşlər Nazirliyi Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
8 Noyabr-Zəfər Günü, həmçinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü münasibətilə münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində qəbul keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın övladları ilə görüş keçirilib.
Noyabrın 5-də Bakıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Fərqliliyin rəngi” festivalı keçiriləcək.