Silahlı Qüvvələr Günü münasibətilə bütün qoşun növlərində və hərbi hissələrində tədbirlər keçirilib.
#Vətən müharibəsi
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 23-də Bakıda Zəfər parkını ziyarət edib. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib
Azərbaycanla Ərəb dünyasının ən dinamik inkişaf edən ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə, xüsusən də Vətən müharibəsindən sonra keyfiyyətcə yeni müstəviyə yüksəlib. Ümumiyyətlə, Azərbaycan ərəb ölkələri ilə münasibətlərinə hər zaman xüsusi önəm verib ki, bu da ölkəmizin müstəqil Yaxın Şərq siyasətinin tərkib hissəsidir. Məhz bu siyasət sayəsində ərəb ölkələri ilə, xüsusən də BƏƏ ilə münasibətlər dünya praktikasında olan klassik çərçivəni çoxdan aşaraq strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi və mənəvi məna daşıyır. Bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünə təsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və suverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Vətən Müharibəsindəki qələbənin 5 illiyinə həsr olunan hərbi paradla bağlı əhali Azadlıq meydanına toplaşır. Azadlıq meydanına yaxın küçə və prospektlər paradı seyr etmək üçün gələn şəxslərlə doludur. Həmçinin hərbi paradın keçiriləcəyi ərazidə binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib.
8 Noyabr-Zəfər Günü, həmçinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü münasibətilə münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində qəbul keçirilib.
Noyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə ölkəmizin müxtəlif bölgələrindən gələn Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın anaları dəvət olunub.