Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    İran prezidentinin Azərbaycana dövlət səfərinin tarixi açıqlanıb

    18 Aprel 2025 13:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran prezidentinin Azərbaycana dövlət səfərinin tarixi açıqlanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Aprelin 28-də İran prezidenti Məsud Pezeşkianla iqtisadi heyət Azərbaycana səfər edəcək.

    AzerVoice-in məlumatına görə, bunu İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen deyib.

    Onun sözlərinə görə, İran prezidentinin Azərbaycana səfərində 120 nəfərdən ibarət iqtisadi heyətdə özəl sektorun nümayəndələri, İran və Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri və İranın şimal-qərbində yerləşən 4 vilayətin valisi yer alacaq.

    Pirmoəzzen əlavə edib ki, səfər çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və özəl sektorun nümayəndələrinin növbəti səfərlərinin planlaşdırılması nəzərdə tutulub.

    Palata rəsmisi qeyd edib ki, İran və Azərbaycan arasında körpünün istifadəyə verilməsi (Ağbənd-Kəlalə) ilə iqtisadi əməkdaşlıq daha da inkişaf edəcək.

    Qeyd edək ki, bundan əvvəl İranın Azərbaycandakı Səfirliyindən TurkicWorld-ə bildirilmişdi ki, İran Prezidenti Məsud Pezeşkian aprel ayında Azərbaycana dövlət səfərinə gələcək. Səfər çərçivəsində Azərbaycan-İran biznes-forumunun keçiriləcəyi, bir sıra sənədlərin imzalanmasının nəzərdə tutulduğu qeyd edilmişdi.

    #İran #Azərbaycan #Məsud Pezeşkian #İran- Azərbaycan münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    23 İyul 2026 21:47

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    23 İyul 2026 21:29

    Körfəz ölkələri və İordaniya İranın hücumlarını pisləyib

    23 İyul 2026 20:52

    ABŞ Yaxın Şərqdəki vətəndaşlarına səyahət xəbərdarlığı edib

    23 İyul 2026 20:49

    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirib

    23 İyul 2026 20:44

    Tehran görüşündə İran və İraq əməkdaşlığı müzakirə olunub

    23 İyul 2026 19:49

    Azərbaycan və Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub

    23 İyul 2026 19:36

    İran Böyük Britaniyaya sərt etiraz edib

    23 İyul 2026 19:30

    ABŞ hegemon yanaşmasını dəyişməlidir - Əraqçi

    23 İyul 2026 19:21

    Husilərin yeni hücumlarına görə İran məsuliyyət daşıyacaq - Tramp

    23 İyul 2026 18:48

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni hücumlarını pisləyib

    23 İyul 2026 18:31

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    23 İyul 2026 18:24
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 24 İyul

    Süni intellekt infrastrukturu ilə bağlı ictimai narahatlıqlar nəzərə alınır - Blackstone rəhbəri

    Küveyt ordusu sərhədlərin qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb

    Kanada bazarlarında iqtisadi nikbinlik güclənir

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    Almaniyada hökumətdə kadr dəyişiklikləri gözlənilir

    Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.