Bakı. AzerVoice:
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahunu tənqid edib.
AzerVoice xəbər verir ki, Qəzzada atəşkəsin təmin edilməsi üçün danışıqların davam etdiyi bir zamanda ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahunu hədəfə alıb. O TIME-a verdiyi müsahibəsində Netanyahunu tənqid edib.
İsrail qüvvələrinin Qəzzada müharibə cinayətləri törədib-törətməməsi ilə bağlı suala Bayden "bu, aydın deyil" cavabını verib.
Birbaşa açıqlama verməkdən yayınan Bayden, Netanyahunun müharibəni öz siyasi məqsədləri üçün uzadıb-uzadmadığı sualına cavab olaraq “İnsanların bu nəticəyə gəlmələri üçün hər cür səbəb var” deyə əlavə edib.
Son vaxtlar Qəzzadakı müharibə ilə bağlı ABŞ və İsrail administrasiyası arasında fikir ayrılıqlarının artması diqqət çəkir.
Lakin fikir ayrılıqlarına baxmayaraq, ABŞ İsrailin ən mühüm siyasi, hərbi və iqtisadi dəstəkçisi olmaqda davam edir.