Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Sahibə Qafarova Pakistan Senatının sədri ilə parlamentlərarası münasibətləri müzakirə etdi

    5 Aprel 2025 16:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sahibə Qafarova Pakistan Senatının sədri ilə parlamentlərarası münasibətləri müzakirə etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerVoice-ə bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

    Vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da genişlənməsinə stimul verib. Vurğulanıb ki, ölkələrimiz həm ikitərəfli əsasda uğurlu əməkdaşlıq əlaqələrinə malikdir, həm də bütün beynəlxalq platformalarda bir-birini daim dəstəkləyir.

    Söhbət zamanı qeyd olunub ki, iki ölkənin qanunverici orqanları ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova Senatın sədri ilə cari ilin fevralında Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, vurğulayıb ki, sıx təmaslar və müsbət dialoq parlamentlərimizin daha sıx əməkdaşlığına xidmət edir.

    Görüşdə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova qarşı tərəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın institusional inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib. Şəbəkənin Daşkənd şəhərində keçiriləcək dördüncü konfransının da vacib müzakirələrə, təşkilatın gələcək inkişafı baxımından uğurlu nəticələrə gətirib çıxaracağına inam ifadə edilib.

    Senatın sədri Seyid Yusuf Rza Gilani Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyi ilə görülən işləri yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini qeyd edərək, deyib ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir. O, xalqlar arasında da təmasların vacibliyini ifadə edib. Bu baxımdan parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd edilib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

    #Özbəkistan #Pakistan #Sahibə Qafarova #Daşkənd #Seyid Yusuf Rza Gilani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    22 İyul 2026 22:26

    ABŞ Maliyyə Nazirliyi Pakistanın iqtisadi islahatlarını yüksək qiymətləndirib

    22 İyul 2026 20:48

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    22 İyul 2026 19:37

    Pakistan husilərin Səudiyyə Ərəbistanını müharibəyə cəlb etmək cəhdlərindən narahatdır

    22 İyul 2026 18:11

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    İranın daxili işlər naziri nümayəndə heyəti ilə Pakistana səfər edib

    20 İyul 2026 19:31

    Kanada ABŞ və İranı təmkinli olmağa çağırıb

    20 İyul 2026 18:37

    ABŞ memorandumun şərtlərini pozaraq müharibəni yenidən alovlandırdı - İranın Pakistandakı səfiri

    18 İyul 2026 19:05

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37
    XƏBƏR LENTİ

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    ABŞ Maliyyə Nazirliyi Pakistanın iqtisadi islahatlarını yüksək qiymətləndirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.