Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Sahibə Qafarova Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb

    27 Yanvar 2024 03:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sahibə Qafarova Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan nümayəndə heyətinin AŞPA-nın qış sessiyası zamanı üzləşdiyi əsassız ittihamlar barədə Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb.

    Milli Məclisdən AzerVoice-ə bildirilib ki, məktubda Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin mahiyyətinə toxunulur. Bildirilir ki, Azərbaycan Respublikası 2001-ci ildə ölkədə insan hüquqlarını və qanunun aliliyini daha yaxşı təbliğ etmək və müdafiə etmək niyyəti ilə Avropa Şurasına üzv olmuşdur. Ölkəmizin fundamental insan hüquqlarının və qanunun aliliyinin müdafiəsi üçün yaradılmış bu qurumla dialoq və əməkdaşlıq vasitəsilə üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək istiqamətində göstərdiyi səylər diqqətə çatdırılır.

    Qeyd olunur ki, bu müddət ərzində ölkəmizin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına, bu ərazilərdə aparılan etnik təmizləmə siyasətinə, yüz minlərlə azərbaycanlı qaçqın və məcbur köçkünün pozulmuş hüquqlarına Avropa Şurasının biganə qalmayacağına dair gözləntiləri puç olmuşdur. Azərbaycan hər zaman regionumuzda davamlı sülhə nail olmaq üçün Avropa Şurası və onun qurumlarının köməyi və dəstəyi ilə ədalətin siyasi mülahizələrə qələbə çalaraq üstün olacağına ümid edib. Məhz Azərbaycan öz ərazilərinin 30 ilə yaxın davam edən işğalına baxmayaraq, münaqişənin sülh yolu ilə həlli prosesində iştirak etməyə davam etməklə bu istiqamətdə səylərini əsirgəməyib, eyni zamanda Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə böyük əhəmiyyət verib.

    Məktubun mətnində bildirilir ki, bu gün təcavüzkarla qurbana münasibətdə süni tarazlığın mövcud olduğu Avropa Şurasında fundamental dəyərlərin tənəzzülü təəssüf doğurur. Eyni zamanda, azərbaycanlıların etnik təmizləmə siyasətinin qurbanı olması, onların əsas hüquqlarının pozulması faktına qurum çərçivəsində uzun illər ərzində göz yumulub, bu məsələ ilə bağlı Azərbaycanla müxtəlif səviyyələrdə əsaslı dialoqdan yayınılıb.

    Qeyd olunur ki, bu yanaşmaya rəğmən, Azərbaycan hər zaman Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvləri və müxtəlif qruplaşmalardan gələn qərəzli və əsassız təzyiqlərə qarşı mübarizə aparıb. Məktubda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu dəfə də parlament nümayəndə heyətimizin AŞPA-dakı səlahiyyətlərinin "əsaslı" səbəblərdən mübahisələndirilməsi kimi növbəti riyakar kampaniya ilə üzləşdiyi bildirilir. Qeyd olunur ki, göstərilən səbəblər həqiqəti əks etdirmir, heç bir əsası yoxdur.

    Eyni zamanda, bildirilir ki, bu addım Azərbaycanın Avropa Şurası və onun qurumları ilə indiyə qədər həyata keçirdiyi əməkdaşlığa, habelə son razılaşmalara da kölgə salır. Ölkəmiz Avropa Şurasına üzv olduğu vaxtdan qurumun 65-ə yaxın sazişinə qoşulmuş, insan hüquqlarının bərabər şərtlərlə daha səmərəli müdafiəsi üçün milli qanunvericiliyini Avropa Şurasının standartlarına uyğunlaşdırmışdır. Azərbaycan təşkilatın qurumları ilə sıx əməkdaşlıq edir. Məktubda bundan başqa, ölkəmizin Avropa Şurası ilə insan alverinə və məişət zorakılığına qarşı mübarizə, habelə uşaqların müdafiəsi sahələrində də əməkdaşlığı qeyd olunub. Azərbaycanın Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyətlərarası dialoqun təşviqi üzrə Bakı Prosesi kimi tanınan ilk əməkdaşlıq platformasının təşəbbüskarı olduğu bildirilib.

    Məktubda nəzərə çatdırılır ki, parlament nümayəndə heyətimizin səlahiyyətlərinin Azərbaycanın qurumla əməkdaşlığı çərçivəsində, Avropa Şurasının insan hüquqları üzrə komissarının və baş katibinin ölkəmizə yüksək səviyyəli səfərlərinin, eləcə də milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyasının məşvərət komitəsi ilə davam edən əməkdaşlığı fonunda mübahisələndirilməsi faktı iddianın əsassız, siyasi motivli və qərəz xarakterli olduğunun sübutudur. AŞPA üzvləri tərəfindən Azərbaycana qarşı irəli sürülən ittihamlar digər beynəlxalq qurumların, əsasən də bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Şurasının təmsilçilərinin birbaşa müşahidələrini və gəldikləri nəticələri əks etdirmir.

    Məktubda vurğulanır ki, qeyd olunan faktları və AŞPA-nın bəzi üzvlərinin mövqeyini nəzərdən keçirdikdən sonra biz bu addımı qətiyyətlə rədd edirik. Azərbaycana qarşı qeyd olunan son dərəcə məsuliyyətsiz davranışa etiraz olaraq Azərbaycan Respublikası Milli Məclisinin Parlament Assambleyasında iştirakını dayandırmaqdan başqa çarəsi qalmamışdır. Bu akt bütövlükdə Azərbaycana qarşı qərəzli və ikili standartların açıq təzahürüdür, eyni zamanda Assambleyanın və bütövlükdə Şuranın nüfuzuna ciddi zərbədir.

    Bildirilib ki, bu münasibət Azərbaycan nümayəndə heyətinin AŞPA ilə qarşılıqlı əməkdaşlığını qeyri-mümkün edir və bununla da müxtəlif ölkələrdən olan parlamentarilər arasında dialoq platforması kimi xidmət etmək üçün nəzərdə tutulan bu orqanın əsas məqsəd və məramını pozur. Təəssüf ki, bu vəziyyət Avropa Şurasının bölgəmizlə əlaqəli məsələlərdən, o cümlədən təşkilatın mandatı ilə birbaşa bağlı olan fəaliyyətlərdən daha da təcrid olunmasına səbəb olacaq.

    Məktubun sonunda bildirilir ki, AŞPA-da müxtəlif mexanizmlərdən siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə yönəlmiş belə tendensiya onun qərəzsizliyini və inklüzivliyini təhdid edir və belə davam edəcəyi təqdirdə Avropa Şurasının bütün fəaliyyətinin tam siyasiləşməsi və qütbləşməsi ilə nəticələnəcək.

    #Sahibə Qafarova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb

    21 May 2026 21:49

    Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

    14 May 2026 18:41

    Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib

    14 May 2026 09:48

    Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

    7 May 2026 19:09

    Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlər qəbuledilməzdir – Sahibə Qafarova

    1 May 2026 11:12

    Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb

    22 Aprel 2026 19:01

    Milli Məclisin sədri İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

    21 Aprel 2026 19:23

    Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib

    17 Aprel 2026 17:38

    Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər

    17 Aprel 2026 14:45

    Azərbaycan və Əlcəzair parlamentləri arasında əlaqələrin genişləndirilməsi gündəmdədir

    17 Aprel 2026 09:51

    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib

    16 Aprel 2026 22:49
    XƏBƏR LENTİ

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    Hafiz Əsəd Livanı Tehrana necə hədiyyə etdi – faktlar və tarixi sənədlər

    İran-İsrail qarşıdurmasında yeni mərhələ: Yaxın Şərq yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    Süni intellektin ən yaxşı 10 test və qiymətləndirmə aləti

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    Linuxda arxivləşdirmə və sıxılma: Tar, Zip və Unzip komandaları

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.