Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib

    16 Aprel 2026 22:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib. Azərbaycan parlamentinin spikeri çıxışında bu gün dünyada artan qeyri-müəyyənlik dövründə münaqişələrin davam etdiyini, gərginliyin artdığını, böhranların dərinləşdiyini və bərabərsizliklərin genişlənməkdə davam etdiyini bildirib. Onun sözlərinə görə, bu meyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. O cümlədən, Sahibə Qafarova iqlim dəyişikliyinin artıq real olduğunu və təcili tədbirlər tələb etdiyini vurğulayıb. Bu şəraitdə Assambleyanın mövzusunun həm vaxtında, həm də son dərəcə aktual olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu, kollektiv və məsuliyyətli şəkildə hərəkət etməyə çağırır.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən VOA-ə bildirilib ki, mövcud çatışmazlıqlar fonunda çoxtərəfliliyin vacib rolunu diqqətə çatdıran spiker Sahibə Qafarova bu məqamda beynəlxalq hüquqa hörmətin, onunla bağlı daha güclü öhdəliklərin götürülməsinin tələb olunduğunu bildirib. Onun sözlərinə görə, parlament üzvləri sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidir. Milli Məclisin sədri bu kontekstdə Parlamentlərarası İttifaqın rolunu xüsusilə vurğulayıb. Bildirilib ki, Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin daha güclü eşidilməsində böyük rol oynayır. Ortaq ideallara sarsılmaz sədaqət nümayiş etdirən Parlamentlərarası İttifaq, parlamentləri irəli aparan məqsəd və arzuların həyata keçirilməsi üçün parlamentariləri bir araya gətirir.

    Çıxışında Assambleyanın gənclərə yönəlmiş diqqətini xüsusi qeyd və təqdir edən Sahibə Qafarova deyib ki, bu, həm vaxtında, həm də olduqca vacibdir. Çünki gənclər yalnız siyasətdən faydalanmırlar, onlar həm də dəyişikliklərin fəal iştirakçılarıdır. Parlament üzvlərinin məsuliyyəti onların səslərinin eşidilməsini, potensiallarının reallaşmasını və iştiraklarının effektiv olmasını təmin etməkdir. O, bu baxımdan, 2024-cü ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Gələcək nəsillər haqqında Bəyannaməsinin xüsusi əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, bu sənəd inklüziv və irəliyə yönəlmiş, davamlı inkişafa xidmət edən siyasətlərin həyata keçirilməsinə çağırır.

    Milli Məclisin sədri çıxışında tədbir iştirakçılarına Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələri barədə də məlumat verib. O, bu sahənin ölkəmizdə prioritet təşkil etdiyini qeyd edərək, deyib ki, bu məqsədlə Azərbaycan parlamenti tərəfindən "Gənclər siyasəti haqqında" Qanun da daxil olmaqla, geniş qanunvericilik və institusional çərçivə yaradılıb. O cümlədən, bildirilib ki, ölkəmizdə gəncləri dəstəkləmək üçün xaricdə təhsili asanlaşdıran təşəbbüslər, məşğulluğun təşviqi və gənclərin dövlət idarəçiliyində iştirakının gücləndirilməsi istiqamətində çoxsaylı dövlət proqramları uğurla həyata keçirilib. "Yüksəliş" proqramı kimi təşəbbüslər gənclərin motivasiyası və səlahiyyətləndirilməsi baxımından xüsusilə effektiv olub. Azərbaycan həmçinin Gənclər Forumu, Könüllülər Forumu kimi platformalar vasitəsilə gənclər arasında beynəlxalq əməkdaşlığı fəal şəkildə təşviq edir, həmrəyliyi gücləndirir və qlobal çağırışlara töhfə verməyə çalışır.

    Bununla yanaşı, qeyd olunub ki, Azərbaycan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı kimi təşəbbüslər, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Gənclər danışsın, biz dinləyək" paneli kimi innovativ platformalar vasitəsilə qlobal gənclər gündəliyinə töhfə verir. Milli Məclisin üzvləri Parlamentlərarası İttifaqın Gənc Parlamentarilər Forumu və Türk Dövlətləri Parlament Assambleyasının Gənc Parlamentarilər Qrupu çərçivəsində beynəlxalq əməkdaşlıqda fəal iştirak edirlər.

    Milli Məclisin sədri çıxışında belə bir inamı ifadə edib ki, gənclərin səlahiyyətləndirilməsi, dayanıqlığın, innovasiyanın və sülhün möhkəmləndirilməsi deməkdir və bu, gələcək nəsillər üçün ən mühüm mirasdır. Bu kontekstdə o, qeyd edib ki, Cənubi Qafqaz transformasiya dövrünə qədəm qoyur. Azərbaycan və Ermənistan arasında dialoqda əldə olunan irəliləyiş göstərir ki, hətta uzunmüddətli münaqişələr belə siyasi iradə və beynəlxalq hüquqa hörmət vasitəsilə həll oluna bilər. Bu çərçivədə parlament diplomatiyası da etimadın qurulmasında mühüm rol oynayır.

    Sonda spiker Sahibə Qafarova bir daha qeyd edib ki, səylərimiz əməkdaşlıq, dialoq və çoxtərəflilik prinsipləri ilə istiqamətləndirilməlidir. Yalnız birgə fəaliyyət vasitəsilə daha sülhsevər və ədalətli dünya qurmaq mümkündür.

    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib
    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib
    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib
    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib
    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib
    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib
    #Milli Məclis #Sahibə Qafarova #Qoşulmama Hərəkatı #Parlamentlərarası İttifaqın 152-ci Assambleyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

    31 İyul 2026 20:23

    Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

    29 İyul 2026 18:39

    Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb

    29 İyul 2026 15:40

    Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib

    24 İyul 2026 17:07

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib

    13 İyul 2026 22:06

    Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

    13 İyul 2026 19:42

    Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

    13 İyul 2026 18:19

    Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

    10 İyul 2026 18:55

    Sahibə Qafarova "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda çıxış edib

    9 İyul 2026 18:20

    Sahibə Qafarova Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

    3 İyul 2026 19:50
    XƏBƏR LENTİ

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.