Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Fələstin
    Fələstin

    Rəfah keçidindən 71 nəfər təxliyə edilib - Fələstin

    18 Avqust 2026 18:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rəfah keçidindən 71 nəfər təxliyə edilib - Fələstin
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağından Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilən tibbi təxliyədə iştirak etdiyini açıqlayıb.

    VOA xəbər verir ki, Fələstinin “Vəfa” xəbər agentliyinin məlumatına görə, təxliyə çərçivəsində ümumilikdə 71 nəfər Qəzza zolağından çıxarılıb. Onlardan 32-si xəstə, 39-u isə xəstələri müşayiət edən şəxslər olub.

    Təxliyə Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib. Məqsəd Qəzzada müalicəsi mümkün olmayan və ixtisaslaşmış tibbi yardıma ehtiyac duyan xəstələrin bölgədən kənardakı tibb müəssisələrinə çatdırılmasıdır.

    Fələstin Qızıl Aypara Cəmiyyəti son aylarda Rəfah keçidi vasitəsilə keçirilən bu cür tibbi təxliyələrdə mütəmadi iştirak edir. “Vəfa”nın əvvəlki məlumatlarında da təxliyə olunan xəstələrin və onları müşayiət edən şəxslərin daşınması, ilkin tibbi yardımla təmin edilməsi və keçid məntəqəsinə çatdırılmasında cəmiyyətin əməkdaşlarının iştirak etdiyi bildirilir.

    Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində səhiyyə sistemi ağır vəziyyətə düşüb. Tibb müəssisələrinin imkanlarının məhdudlaşması səbəbindən ixtisaslaşmış müalicəyə ehtiyacı olan xəstələrin Qəzzadan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

    #Qəzza #Fələstin #Rəfah #Fələstin Qızıl Aypara Cəmiyyəti #Ümumdünya Səhiyyə Təşkilatı #Səhiyyə #tibbi təxliyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Britaniya məhkəməsindən “Palestine Action” fəalları ilə bağlı mühüm qərar

    21 Avqust 2026 18:57

    Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

    21 Avqust 2026 16:21

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    Netanyahu Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verməyib

    20 Avqust 2026 15:31

    Qətər və Səudiyyə Ərəbistanı dəniz təhlükəsizliyinə çağırış edib

    20 Avqust 2026 09:24

    Almaniya İsrailin İordan çayının qərb sahilində mindən çox ev tikmək planını pisləyib

    19 Avqust 2026 21:42

    Ramallah yaxınlığındakı fələstin kəndinin torpaqlarının 98 faizi müsadirə edilib

    19 Avqust 2026 19:44

    İordan vadisində 300-dən çox fələstinli köçürülmə təhlükəsi ilə üzləşib

    19 Avqust 2026 19:08

    HƏMAS Qəzza şəhərində polis qərargahına zərbəni “yeni hərbi cinayət” adlandırıb

    19 Avqust 2026 19:04

    Qəzza şəhərinə hücumda ölənlərin sayı 9-a çatıb

    19 Avqust 2026 17:23

    Almaniya kansleri Ben-Qvirin Qəzza ilə bağlı fikirlərini “qeyri-insani” adlandırıb

    19 Avqust 2026 17:20
    XƏBƏR LENTİ

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.