Digər Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi verdiyi bəqlanatlarda Qəzza zolağında sülh prosesinin mühüm tərəfdaşı olmaq istədiklərini bəyan edib. Kallas vurğulayıb ki, Fələstin polisinin təlim keçməsi və bölgədə asayişin təmin olunması üçün İsrail tərəfinin rəsmi icazəsi lazımdır. O, həmçinin İordaniya və Misirlə bu mövzuda razılıqların əldə olunduğunu diqqətə çatdırıb.

Meksikada ölkənin ən böyük cinayət şəbəkələrindən birinin liderinə qarşı keçirilən əməliyyatdan sonra bir sıra şəhərlərdə genişmiqyaslı iğtişaşlar qeydə alınıb. Rəsmi açıqlamaya əsasən, əməliyyat zamanı 4 kartel üzvü öldürülüb, 2 nəfər saxlanılıb, 3 hərbçi isə yaralanıb. Əməliyyatdan dərhal sonra kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Bir neçə şəhərdə yollar bağlanıb, nəqliyyat vasitələri və iş yerləri yandırılıb.

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen, ABŞ Prezidenti Donald Trampın adaya tibbi yardım məqsədilə xəstəxana gəmisi göndərmək təklifinə sərt reaksiya verib. Nilsen, Trampın sosial mediada təsadüfi paylaşımlar etmək əvəzinə, rəsmi kanallar vasitəsilə birbaşa dialoqa keçməli olduğunu bildirib. Baş nazir Trampın "Truth Social" hesabından etdiyi təklifə qısa və kəskin cavab verib: "Bizdən bir 'xeyr' cavabı gəldi."

Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva (XP) əyalətində təhlükəsizlik qüvvələrinin avtomobilini hədəf alan kamikadze hücumu nəticəsində biri zabit olmaqla iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Yerli polis rəsmisinin verdiyi məlumata görə, kamikadze partlayıcı yüklü motosikletini XP əyalətinin Bannu rayonunun Sara-Darqa bölgəsində təhlükəsizlik qüvvələrinə məxsus zirehli avtomobilə çırpıb. Adının açıqlanmasını istəməyən rəsmi şəxs "Arab News"a bildirib ki, partlayış nəticəsində zirehli maşına ciddi ziyan dəyib, ölənlər və yaralananlar var.

Macarıstan hökuməti Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq Avropa İttifaqı (Aİ) kredit paketini bloklayacağını bəyan edib. Siyarto sosial şəbəkə paylaşımında iddia edib ki, Ukrayna, Brüssel və Macarıstan müxalifəti aprel ayında keçiriləcək ümumi seçkilər ərəfəsində Baş nazir Viktor Orban hökumətinə təzyiq göstərmək üçün enerji axınını siyasi alətə çevirib.

ABŞ Prezidenti Donald Tramp Venesueladan aldıqları 50 milyon barel neftin Texas ştatının Hyuston şəhərinə doğru yola salındığını bildirib. Tramp Venesueladan alınan 50 milyon barel neftin artıq daşınmağa başladığını açıqlayıb. Corciya ştatında keçirilən tədbirdə çıxış edən Tramp iqtisadi gündəmlə bağlı fikirlərini bölüşüb.

Argentina Prezidenti Xavyer Milei ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza üçün yaradılan “Sülh Şurası”na dəstəyi yenidən bəyan edərək, Qəzzaya sülhməramlı qüvvə göndərməyə hazır olduqlarını açıqlayıb. Milei Vaşinqtonda keçirilən Qəzza üzrə “Sülh Şurası” toplantısında çıxışı zamanı davamlı sülhün yalnız əsas insan hüquqlarına söykənən nizamla təmin oluna biləcəyini bildirib və Şuranın bu məqsədə yönəlik çərçivə təqdim etdiyini qeyd edib. O, Argentinanın sülh əməliyyatları üzrə təcrübəsinin güclü istinad olduğunu vurğulayaraq, bu potensialın mümkün sabitləşdirmə qüvvəsinin xidmətinə verilə biləcəyini deyib. Milei, həmçinin Argentina Xarici İşlər Nazirliyi xətti ilə beynəlxalq humanitar yardım göstərən “Ağ dəbilqəlilər” qruplarının Qəzzadakı fəaliyyətlərə dəstəyə hazır olduğunu açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişinə nail olunub-olunmayacağının “yəqin ki, 10 gün ərzində” aydınlaşacağını bildirib. Açıqlama Yaxın Şərqdə ABŞ hərbi mövcudluğunun ikinci aviadaşıyıcı qrupunun bölgəyə yönləndirilməsi ilə gücləndiyi bir vaxta təsadüf edib. Vaşinqtonda çıxış edən Tramp İranın nüvə silahına sahib ola bilməyəcəyini vurğulayıb və Tehranın “regional sabitliyi təhdid etməyə davam edəcəyi təqdirdə mənfi nəticələrlə üzləşəcəyini” deyib. ABŞ tərəfi Cenevrədə keçirilmiş son görüşlərdən sonra İranın uranın zənginləşdirilməsi proqramından tam imtina tələbinə cavab gözləyir.

ABŞ-də Ramazan və Qurban bayramlarını müsəlmanlar üçün rəsmi tətil kimi qəbul edən ilk ştat olan Vaşinqtonda Ramazan ayı da rəsmi şəkildə tanınıb. Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson sosial şəbəkə hesabında yaydığı açıqlamada Ramazan ayının 18 fevral–19 mart 2026-cı il tarixlərini əhatə etdiyini və bu müddətin rəsmi olaraq Ramazan ayı kimi elan olunduğunu bildirib.

BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına görə, Sudanın Qərbi Kordofan bölgəsində məcburi köçkün düşərgəsinə endirilən dron zərbəsi nəticəsində azı 15 uşaq ölüb. UNICEF-in 18 fevral tarixli bəyanatında bildirilir: 16 fevralda Əl-Sunut ərazisində yerləşən məcburi köçkün düşərgəsinə dron zərbəsi endirilib, nəticədə azı 15 uşaq həlak olub, 10 uşaq yaralanıb.

BMT cümə aqşamı günü yaydığı bəyanatda İsrailin intensiv hücumları və fələstinli mülki şəxslərin məcburi köçürülməsi nəticəsində Qəzza zolağı və İordan çayının qərb sahilində (Qərbi Şəria) "etnik təmizləmə" baş verməsi ehtimalından ciddi narahatlığını ifadə edib. Bu haqda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir. "İntensiv hücumlar, bütün məhəllələrin sistematik şəkildə dağıdılması və humanitar yardımın qarşısının alınması Qəzzada qalıcı demoqrafik dəyişiklik yaratmaq məqsədi daşıyır." Hesabatda həmçinin vurğulanır ki,bu hərəkətlər fələstinlilərin daimi olaraq didərgin salınması məqsədi güdür və bu, həm Qəzzada, həm də İordan çayının qərb sahilində etnik təmizləmə ilə bağlı ciddi suallar doğurur.-deyə hesabatda qeyd olunub.