Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Avropa İttifaqı nüvə texnologiyalarına 330 milyon avro ayırır

    19 Mart 2026 15:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropa İttifaqı nüvə texnologiyalarına 330 milyon avro ayırır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Avropa İttifaqı (Aİ) füzyon enerjisi, nüvə texnologiyaları və bu sahədə kadr potensialını dəstəkləmək üçün 330 milyon avro vəsait ayıracaq.

    VOA xəbər verir ki, Aİ Komissiyası 2026-2027-ci illəri əhatə edən Avropa Atom Enerjisi Birliyinin (Euratom) Tədqiqat və Təlim Proqramının qəbul edildiyini açıqlayıb. Proqramın nüvə tədqiqatlarını və innovasiyaları dəstəkləyərək Aİ-nin enerji müstəqilliyini, rəqabət qabiliyyətini və texnoloji liderliyini artırmağı hədəflədiyi bildirilir. Aİ-nin 2050-ci ilə qədər "karbon-neytral" olmaq hədəfinə uyğun hazırlanan bu proqram təmiz enerji texnologiyalarının inkişafına töhfə verəcək.

    Açıqlamada qeyd olunub ki, proqram çərçivəsində füzyon enerjisinin laboratoriya mərhələsindən elektrik şəbəkəsinə daşınması üçün 222 milyon avro investisiya qoyulacaq. Bu məqsədlə kommersiya baxımından əlverişli füzyon texnologiyalarının inkişafı və Avropada güclü təchizat zəncirinin yaradılması üçün yeni dövlət-özəl tərəfdaşlığı qurulacaq.

    Bundan əlavə, nüvə füzyonu sahəsinə 108 milyon avro vəsait ayrılacaq. Bu fond radioaktiv tullantıların təhlükəsiz idarə olunması, radiasiyadan mühafizə, nüvə materialları innovasiyası və mövcud nüvə stansiyalarının uzunmüddətli təhlükəsiz istismarı kimi sahələrdə tədqiqatları dəstəkləyəcək.

    Proqramın prioritetləri sırasına kiçik modulyar reaktorlar (SMR), qabaqcıl reaktor texnologiyaları və nüvə yanacaqları üzrə işlər də daxildir. Həmçinin nüvə sahəsində mütəxəssis kadrların artırılması məqsədilə təqaüd proqramları vasitəsilə yeni istedadlara dəstək veriləcəyi vurğulanıb.

    #Avropa İttifaqı (Aİ) #nüvə enerjisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    17 Avqust 2026 20:23

    Macarıstan nüvə stansiyasını işlək saxlamaq üçün Dunay çayına iki barja batırır

    15 Avqust 2026 21:36

    İran Aİ-yə Ukraynadan şikayət edib

    29 İyul 2026 16:56

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    22 İyul 2026 14:54

    Rusiyanın Rosatom şirkəti Buşehr nüvə stansiyasına mühəndislər göndərir

    10 İyul 2026 19:59

    Ərdoğan Avropa liderlərinə odlu silah hədiyyə etdi

    9 İyul 2026 11:29

    ABŞ Yaponiya və Cənubi Koreya ilə enerji sahəsində yeni əməkdaşlıq çərçivəsi yaradıb

    7 İyul 2026 22:24

    Rusiya şirkəti Buşəhr Atom Elektrik Stansiyasına əməkdaşlarını geri göndərəcək

    6 İyul 2026 20:26

    Ərdoğan Kaya Kallası qəbul edib

    30 İyun 2026 16:52

    QatarEnergy Aİ-yə tədarükü dayandıra bilər

    25 İyun 2026 14:05

    Avropa Türkiyəyə dərs vermək və ağıl öyrətmək fikrindən əl çəkməlidir - Bahçeli

    23 İyun 2026 12:23

    Aİ Ben-Qvirə sanksiya tətbiq edə bilmir

    15 İyun 2026 13:15
    XƏBƏR LENTİ

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.