Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    ABŞ və İsrailin İrana hücumları enerji bazarlarında kəskin qiymət artımına səbəb olub

    2 Mart 2026 14:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ və İsrailin İrana hücumları enerji bazarlarında kəskin qiymət artımına səbəb olub
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Nailə Babazadə

    ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hücumlardan sonra Tehranın cavab addımları və artan geosiyasi risklər qlobal enerji bazarlarında qiymətlərin kəskin yüksəlməsini bərabərində gətirib.

    VOA xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın 27 fevralda verdiyi açıqlamada, 26 fevralda başlayan nüvə danışıqlarında İranın "xoşniyyətli və açıq" mövqe nümayiş etdirmədiyini bildirərək prosesdən narazılığını ifadə etməsi bazarlarda risk qavrayışını gücləndirib. Həmin gün artan geosiyasi gərginliklərlə neft qiymətləri yüksəliş meylinə girib. "Brent" markalı neftin bir barelinin qiyməti 2,8 faiz artaraq 73 dollar səviyyəsində bağlanıb ki, bu da 2025-ci ilin iyunundan bəri ən yüksək göstəricidir. "West Texas Intermediate" (WTI) xam neftinin bareli isə 2,6 faiz artaraq 67,17 dollardan ticarət olunub.

    Ekspertlər bu artımı böyük ölçüdə hərbi və siyasi gərginliyin yaratdığı müharibə riski ilə əlaqələndirirlər. ABŞ və İsrail qüvvələrinin İrana birgə hücum etməsi barədə xəbərlərin 28 fevralda – bazarların bağlı olduğu vaxtda yayılması qiymətlərin anlıq reaksiya verməsinə mane olmuşdu. Lakin strateji əhəmiyyətli Hörmüz boğazında tanker hərəkətinin dayanma nöqtəsinə gəlməsi tədarük kəsilməsi narahatlıqlarını artırıb. Bu gün saat 11:56 etibarilə "Brent" neftinin qiyməti 8,5 faiz artaraq 79,19 dollara yüksəlib. WTI nefti isə 8,1 faiz artımla 72,60 dollardan satılır.

    Təbii qaz qiymətləri də həftəyə 20 faizdən çox artımla başlayıb. Avropanın ən böyük qaz qovşağı olan TTF-də aprel fyuçersləri üzrə bir meqavat-saat qazın qiyməti 40,81 avroya çatıb. Bu, son bir ilin ən yüksək səviyyəsidir.

    İran Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) daxilində üçüncü ən böyük neft istehsalçısıdır. Qlobal xam neft tədarükünün təxminən 4-4,5 faizini təmin edən ölkənin gündəlik istehsalı 3,3 milyon barel təşkil edir. İranın daxili neft emalı gücü gündəlik 2,6 milyon barel səviyyəsindədir. Ötən il ölkənin yanacaq ixracı gündəlik 820 min barel olub.

    Dünyanın ən strateji su yollarından biri olan Hörmüz boğazından hər gün təxminən 20 milyon barel neft və neft məhsulları daşınır. Dəniz yolu ilə daşınan xam neftin üçdə biri bu dəhliz vasitəsilə qlobal bazarlara çatır. Xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi istehsalçıların ixracatında bu keçid kritik rol oynayır. Həmçinin qlobal qaz ticarətinin 20 faizi bu yolla həyata keçirilir.

    Dünyanın ən böyük təbii qaz hövzələrindən biri olan İranın Cənub Pars qaz yatağı qlobal qaz ehtiyatlarının təxminən üçdə birini ehtiva edir. Fars körfəzində yerləşən bu yatağın İran tərəfi Cənub Pars, Qətər tərəfi isə Şimal Qübbəsi adlanır.

    Qeyd edək ki, İranın 2024-cü ildəki təbii qaz istehsalı təxminən 276 milyard kubmetr olub və bunun 94 faizi daxili tələbata sərf edilib. Cənub Pars yatağında təxminən 500 trilyon fut-kub qazın olduğu təxmin edilir.

    İran İsrail müharibəsi son dəqiqə, ABŞ İran hərbi gərginliyi, Yaxın Şərq 2026 Iran Israel war news, US strikes on Iran, Middle East conflict 2026, Nuclear deal escalation Война Ирана и Израиля 2026, удары США по Ирану, конфликт на Ближнем Востоке, ядерные объекты İran İsrail savaşı son durum, ABD İran gerilimi, Orta Doğu çatışma riskleri, nükleer tesisler الحرب بين إيران وإسرائيل، الضربات الأمريكية على إيران، تصعيد الشرق الأوسط 2026 جنگ ایران و اسرائیل، حملات آمریکا به ایران، تنش های خاورمیانه، برنامه هسته ای Iran Israel Krieg 2026, US-Angriffe auf Iran, Nahostkonflikt aktuell Guerre Iran Israël 2026, frappes américaines en Iran, conflit au Moyen-Orient Guerra Irán Israel 2026, ataques de EE. UU. a Irán, conflicto en Medio Oriente Guerra Iran Israele 2026, attacchi USA in Iran, escalation in Medio Oriente Guerra Irã Israel 2026, ataques dos EUA ao Irã, conflito no Oriente Médio 伊朗以色列战争 2026, 美国对伊朗的打击, 中东冲突最新消息 イラン・イスラエル戦争 2026, 米国によるイラン攻撃, 中東紛争の緊張 이란 이스라엘 전쟁 2026, 미국의 이란 공격, 중동 갈등 고조 ईरान इजरायल युद्ध 2026, ईरान पर अमेरिकी हमले, मध्य पूर्व तनाव ইরান ইসরায়েল যুদ্ধ ২০২৬, ইরানে মার্কিন হামলা, মধ্যপ্রাচ্য সংকট Chiến tranh Iran Israel 2026, Mỹ tấn công Iran, xung đột Trung Đông สงครามอิหร่านอิสราเอล 2026, สหรัฐโจมตีอิหร่าน, ความตึงเครียดในตะวันออกกลาง Perang Iran Israel 2026, serangan AS ke Iran, konflik Timur Tengah terbaru Wojna Iran Izrael 2026, ataki USA na Iran, konflikt na Bliskim Wschodzie Oorlog Iran Israël 2026, VS aanvallen op Iran, conflict in het Midden-Oosten Krig Iran Israel 2026, USA:s attacker mot Iran, Mellanösternkonflikten Війна Ірану та Ізраїлю 2026, удари США по Ірану, конфліkt на Близькому Сході Πόλεμος Ιράν Ισραήλ 2026, επιθέσεις ΗΠΑ στο Ιράν, ένταση στη Μέση Ανατολή Războiul Iran Israel 2026, atacurile SUA asupra Iranului, conflictul din Orientul Mijlociu Irán Izrael háború 2026, amerikai csapások Irán ellen, közel-keleti konfliktus Válka Írán Izrael 2026, útoky USA na Írán, konflikt na Blízkém východě מלחמת איראן ישראל 2026, תקיפות ארה"ב באיראן, הסלמה במזרח התיכון ایران اسرائیل جنگ 2026، ایران پر امریکی حملے، مشرق وسطیٰ کی صورتحال ირანის ისრაელის ომი 2026, აშშ-ის თავდასხმები ირანზე, ახლო აღმოსავლეთის კონფლიქტი

    #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail və İran #İran-İsrail gərginliyi və İraq seçkiləri #İsrail-İran müharibəsi #İsrail İran münaqişəsi #İsrail İran münasibətləri #İsrail: İran dəniz quldurluğu ilə ticarətə təhdid yaradır #ABŞ və İsrailin İran gərginliyi #İran İsrail çatışması Lübnan #İsrail İran qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

    14 İyul 2026 19:32

    İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

    26 İyun 2026 17:44

    ABŞ-yə qətiyyən etibar etmirik - İran

    13 İyun 2026 14:00

    İran məsələsində İsrail ilə maraqlarımız fərqlidir - Vens

    9 İyun 2026 11:54

    İran İsrailə hücum edib

    7 İyun 2026 23:39

    CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

    5 İyun 2026 14:33

    Şahbaz Şərif Çin prezidenti ilə görüşüb

    25 May 2026 13:37

    Hazırda nüvə danışıqları gündəmdə deyil - İran

    23 May 2026 13:09

    İran ABŞ-ın BƏƏ-dəki nüvə obyektinə hücum iddialarını rədd edir

    23 May 2026 12:07

    Son 24 saatda Hörmüz Boğazından 35 gəmi keçib - SEPAH

    22 May 2026 14:58

    “Trampa yox demək Tanrıya yox deməkdir” – ABŞ-də dini-messiançı ritorika yeni müharibə modelimi yaradır?

    22 May 2026 11:55

    Tramp və Netanyahu arasında hansı fikir ayrılığı var?

    21 May 2026 11:17
    XƏBƏR LENTİ

    BookHub təqdim edir: Qafqaz əsiri - İradənin və bəşəri mərhəmətin dastanı

    Linuxda vaxt və saat tənzimləməsi - Date və timedatectl dərsləri

    Bərdədən Səmərqəndə uzanan elmi yol: Hədis hafizi Əbu Əli Bərdəi

    Bitkilərin cinsiyyəti varmı?

    Allied – Müharibənin kölgəsində eşq və xəyanət imtahanı

    Şam işığında yaranan anatomiya və gizli güzgü yazısı: Leonardo da Vinçinin şok bioqrafiyası

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    Kəhf surəsi nədən bəhs edir?

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.