Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    2026-cı il üçün dünyanın ən güclü pasportları açıqlanıb

    18 Yanvar 2026 10:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    2026-cı il üçün dünyanın ən güclü pasportları açıqlanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    2026-cı il üzrə qlobal miqyasda ən güclü pasportların siyahısı açıqlanıb və ilk pillədə Asiya ölkələri üstünlüyünü qoruyub.

    AzerVoice xəbər verir ki, ABŞ-ın “CNN” telekanalı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının məlumatlarına əsaslanan “Henley Passport Index”in ən son hesabatına istinadla 2026-cı il üçün dünyanın ən güclü pasportlarını təqdim edib. Hesabata görə, səyahət azadlığı və viza tələblərinin minimum səviyyədə olması baxımından lider mövqeləri əsasən Asiya və Avropa ölkələri tutur.

    Reytinqdə birinci yerdə Sinqapur qərarlaşıb. Bu ölkənin vətəndaşları dünyanın 227 ölkə və ərazisindən 192-nə vizasız səfər edə bilir. İkinci pilləni Yaponiya və Cənubi Koreya bölüşür. Hər iki ölkənin pasport sahibləri 188 istiqamətə vizasız giriş imkanına malikdir.

    Üçüncü yerdə isə beş Avropa ölkəsi – Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrə qərarlaşıb. Bu ölkələrin pasportları 186 ölkə və əraziyə vizasız səfər imkanı yaradır. Dördüncü pillə də tamamilə Avropa ölkələrinə məxsusdur: Avstriya, Belçika, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Niderland və Norveç 185 istiqamətə vizasız giriş imkanına malikdir.

    Beşinci yerdə Macarıstan, Portuqaliya, Slovakiya, Sloveniya və Birləşmiş Ərəb Əmirlikləri (184 bal) qərarlaşıb. Altıncı pillədə Xorvatiya, Çexiya, Estoniya, Malta, Yeni Zelandiya və Polşa yer alıb. Yeddinci yerdə Avstraliya, Latviya, Lixtenşteyn və Böyük Britaniya qərarlaşıb.

    Hesabatda Böyük Britaniyanın illik geriləmə baxımından ən çox itirən ölkələrdən biri olduğu qeyd edilir. Britaniya vətəndaşlarının vizasız səfər edə bildiyi ölkələrin sayı son bir ildə 8 vahid azalıb. ABŞ isə 179 istiqamət ilə onuncu yerə qayıdıb, lakin son 12 ayda 7 istiqamət üzrə vizasız səyahət imkanını itirib və son 20 ildə reytinqdə ən ciddi geriləmələrdən birini yaşayır.

    Siyahının sonunda Əfqanıstan (24 istiqamət), Suriya (26 istiqamət) və İraq (29 istiqamət) yer alır. Bu isə ən güclü və ən zəif pasportlar arasında 168 istiqamətlik ciddi fərq yaradır.

    “Henley & Partners” şirkətinin rəhbəri Kristian Kalin bildirib ki, pasportun gücü birbaşa siyasi sabitlik, diplomatik etibarlılıq və beynəlxalq qaydaların formalaşdırılmasında iştirak imkanları ilə bağlıdır. Analitiklərə görə, ABŞ və Böyük Britaniya kimi ölkələrdə səyahət azadlığının azalması daha dərin geosiyasi dəyişikliklərin göstəricisidir.

    #2026-cı il üçün dünyanın ən güclü pasportları açıqlanıb #Sinqapur 2026-cı ildə də ən güclü pasporta sahib ölkə oldu #Asiya ölkələri pasport reytinqində liderliyini qoruyur #ABŞ və Böyük Britaniya pasport reytinqində geriləyib #Avropa ölkələri pasport gücündə ilk pillələrdədir #Henley Index: Səyahət azadlığında böyük qlobal fərq #2026’nın en güçlü pasaportları açıklandı #Singapur dünyanın en güçlü pasaportuna sahip #Asya ülkeleri pasaport sıralamasında zirvede #ABD ve İngiltere pasaport gücünde geriliyor #Avrupa ülkeleri üst sıralardaki yerini korudu #Küresel seyahat özgürlüğünde büyük fark
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Brent xam neftinin qiyməti 92,43 dollar olub

    10 İyun 2026 21:46

    Cəmi 185 milyon barel xam neft Avropaya daşınıb

    10 İyun 2026 21:26

    Hörmüz boğazının bağlanması məsələsi hərbi yox, siyasi həll tələb edir

    10 İyun 2026 20:09

    Aİ Rusiya Pravoslav Kilsəsinin lideri Patriarx Kirilli sanksiya siyahısına əlavə edib

    10 İyun 2026 11:13

    BMT baş katibi bildirir ki, İranda, Livanda və Qəzzada atəşkəs tam şəkildə təmin edilməlidir

    9 İyun 2026 20:51

    Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq

    9 İyun 2026 19:22

    Dünyanın ən böyük nüvə arsenalına malik ölkələri açıqlanıb

    8 İyun 2026 22:10

    Trampın müraciətindən sonra yeni qərar verildiyi bildirilir

    8 İyun 2026 20:07

    Kallas tərəfləri yenidən danışıqlar masasına qayıtmağa çağırıb

    8 İyun 2026 19:45

    Avropa İttifaqı hansı yeni sanksiyalar tətbiq edib?

    8 İyun 2026 19:11

    Enerji bazarlarında daha böyük qiymət artımı gözlənilir?

    8 İyun 2026 17:55

    1701 saylı qətnamənin əhəmiyyəti nədir?

    6 İyun 2026 22:14
    XƏBƏR LENTİ

    Suriya Xarici İşlər Nazirliyinə kiberhücum: Həssas məlumatların sızdırılması ilə bağlı araşdırma başladıldı

    Tikilən yeni tibbi müəssisə Türkiyəni 1 milyard lirə həcmində idxal xərcindən xilas edəcək - Ərdoğan

    ABŞ-İran münaqişəsinin genişlənməsi bizi ciddi narahat edir - Hakan Fidan

    Böyük Britaniyanın müdafiə naziri istefa verdi

    İsrail Baş nazirinin sözlərinin heç bir çəkisi yoxdur - Numan Kurtulmuş

    Çin ABŞ və İrana müraciət etdi: Müharibəni dayandırın

    Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb

    Səudiyyə Livana tətbiq etdiyi qadağanı ortadan qaldırıb

    Hava məkanımızın pozulmasına icazə verməyəcəyik - İordaniya

    BAEA-dan İrana nüvə ultimatumu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.