#məhkəmə qərarı

Türkiyənin Cumhuriyyət Xalq Partiyasında (CHP) məhkəmə qərarı ilə 38-ci Ümumi Qurultay ləğv edilib. Qərara əsasən, Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılıb, Kemal Kılıçdaroğlu və rəhbərliyi isə partiya işlərini yenidən idarə edəcək. Bu qərar CHP-də daxili strukturun yenidən tənzimlənməsinə gətirib çıxaracaq.

Banqladeş məhkəməsi sabiq baş nazir Şeyx Hasinaya korrupsiya ittihamı ilə 21 il həbs cəzası verib. Qeyd edək ki, bir həftə əvvəl o, keçən il baş verən tələbə qiyamını qırmaq əmri verdiyi üçün insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək ölüm hökmünə məhkum edilmişdi. 78 yaşlı Hasina hazırda Hindistanda yaşayır və ölkəyə qayıtmaqla bağlı məhkəmə qərarını yerinə yetirməyib. Məhkəmə hakim Abdullah Əl Mamun qərarında, Hasinanın “ictimai torpaqları şəxsi mülkiyyət kimi istifadə etməsi və dövlət resurslarından özünə və yaxınlarına fayda götürmək üçün rəsmi prosedurları manipulyasiya etməsi”ni vurğulayıb.

Paris Cinayət Məhkəməsinin İnsanlığa Qarşı Cinayətlər üzrə Bölməsi Suriyanın Hums vilayətində 2012-ci ildə baş verən hücumla bağlı qərar qəbul edib. Məhkəmə devrilmiş BƏƏS rejiminin lideri Bəşşar Əsədin də aralarında olduğu yeddi keçmiş yüksək vəzifəli şəxs barəsində həbs qərarı çıxarıb. Bildirilib ki, adıçəkilən şəxslər fransalı və xarici jurnalistlər Remi Oşlik, Edit Buvye, Meri Kolvin, Pol Konroy və tərcüməçi Vail əl-Omarın əleyhinə müharibə və insanlığa qarşı cinayətlərdə ittiham olunurlar.