Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İsrail Qərb Sahilini ilhaq etməyəcək, əks halda ABŞ-ın bütün dəstəyini itirəcək – Tramp

    23 Oktyabr 2025 17:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Qərb Sahilini ilhaq etməyəcək, əks halda ABŞ-ın bütün dəstəyini itirəcək – Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail Qərb Sahilini ilhaq etməyəcək, əks halda ABŞ-ın bütün dəstəyini itirəcək – Donald Tramp

    AzerVoice xəbər verir ki,ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına verdiyi müsahibədə bildirib ki, İsrail Qərb Sahilini ilhaq etməyəcək, çünki bu baş verəcəyi təqdirdə ölkə bütün Amerika dəstəyindən məhrum olacaq.

    Tramp qeyd edib ki, İrana edilən hücumdan sonra bu ölkə ciddi şəkildə zəifləyib və nəticədə Orta Şərq artıq əvvəlki kimi deyil.

    O, hazırda İranın nüvə proqramı uğrunda deyil, mövcudluğunu qorumaq uğrunda mübarizə apardığını bildirib.

    “Mən hesab edirəm ki, İran artıq sadəcə sağ qalmaq üçün mübarizə aparır, nüvə silahı üçün yox. Nüvə təhlükəsi artıq mövcud deyil. İran obyektlərinə edilən hücum isə mükəmməl idi,” – deyə Tramp vurğulayıb.

    Qəzza məsələsinə toxunan Tramp, bölgəni ziyarət etməyi planlaşdırdığını, lakin dəqiq tarix müəyyən etmədiyini deyib.

    O, İsrailin baş naziri Benyamin Netanyahuya İsrailin dünyanın hamısı ilə eyni anda müharibə apara bilməyəcəyini dediyini bildirib.

    “Mən Netanyahunu dayandırdım. Dedim ki, İsrail kiçik ölkədir və bütün dünyaya qarşı vuruşa bilməz.”-deyə Tramp bildirib.

    Tramp bir daha vurğulayıb ki, İsrailin Qərb Sahilini ilhaq etməsinə icazə verməyəcək.

    “Bu baş verməyəcək, baş verməyəcək, baş verməyəcək... Mən ərəb ölkələrinə söz vermişəm ki, belə bir şey olmayacaq. Bizim böyük ərəb dəstəyimiz var və əgər İsrail Qərb Sahilini ilhaq etsə, ABŞ-ın bütün dəstəyini itirəcək.”

    Tramp həmçinin qeyd edib ki, fələstinlilərin hazırda aydın lideri yoxdur, və Mahmud Abbasın Qəzzada gələcək hakimiyyətin bir hissəsi olma ehtimalı çox azdır.

    #Benyamin Netanyahu #Donald Tramp #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın iddiaları #Donald Tramp və Qəzza planı #Trampın Yaxın Şərq siyasəti #Qərb Sahilində ilhaq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    1 Sentyabr 2026 18:30

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    1 Sentyabr 2026 15:53

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39
    XƏBƏR LENTİ

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.