İşğal altındakı İordan çayının qərb sahilində (Məxmas kəndi yaxınlığı) israilli məskunların kəndə hücumu zamanı 19 yaşlı fələstinli-amerikalı Nəsrallah Əbu Siyamın həlak olduğu bildirilib. Fələstin Səhiyyə Nazirliyi və hadisənin şahidlərinin məlumatına əsasən, insident fevralın 19-da yayılan ilkin məlumatlarda kəndə daxil olan məskunların hücumu fonunda baş verib; İsrail ordusu isə toqquşmalarla bağlı “iğtişaşların qarşısınıalma vasitələri”ndən istifadə etdiyini bildirib və əsgərlərin atəş açdığını inkar edib.
#Qərb Sahilində ilhaq
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç, ölkədə keçiriləcək seçkilər ərəfəsində növbəti hökumətə işğal altındakı Qərb Sahildə “köçü təşviq etmək” adı altında fələstinlilərə qarşı etnik təmizləmə siyasəti aparmaq çağırışı edib. İsrail mətbuatının yaydığı məlumata görə, Smotriç rəhbərlik etdiyi “Dini Sionizm” partiyasının təşkil etdiyi konfransda çıxış edərək Qərb Sahilin İsrailə ilhaqı məsələsinə toxunub.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı Qərb Sahili ilə bağlı son qərarını kəskin tənqid edib. “Al Arabiya”nın yaydığı bəyanata görə, nazirlik İsrailin qərarının bölgədə sülh və sabitlik səylərini zəiflətdiyini bildirib. Açıqlamada vurğulanıb ki, İsrailin Fələstin torpaqları üzərində heç bir hüququ yoxdur və Qərb Sahilinin bəzi hissələrinə nəzarəti gücləndirmək qərarı iki dövlətli həll perspektivini təhlükə altına qoyur.
ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına verdiyi müsahibədə bildirib ki, İsrail Qərb Sahilini ilhaq etməyəcək, çünki bu baş verəcəyi təqdirdə ölkə bütün Amerika dəstəyindən məhrum olacaq. İrana edilən hücumdan sonra bu ölkə ciddi şəkildə zəifləyib və nəticədə Orta Şərq artıq əvvəlki kimi deyil.O, hazırda İranın nüvə proqramı uğrunda deyil, mövcudluğunu qorumaq uğrunda mübarizə apardığını bildirib. “Mən hesab edirəm ki, İran artıq sadəcə sağ qalmaq üçün mübarizə aparır, nüvə silahı üçün yox. Nüvə təhlükəsi artıq mövcud deyil. İran obyektlərinə edilən hücum isə mükəmməl idi,” – deyə Tramp vurğulayıb.
İsrailin Qərb Sahilində məskunlaşmanı genişləndirməsi, fələstinlilərin məcburi köçürülməsi və beynəlxalq hüquqa zidd addımları bölgədə gərginliyi daha da artırır.