Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    2025-ci ildə humanitar yardıma ehtiyacı olan insanların sayı 305 milyon nəfərə çatır

    18 Avqust 2025 12:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    2025-ci ildə humanitar yardıma ehtiyacı olan insanların sayı 305 milyon nəfərə çatır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    2025-ci ildə humanitar yardıma ehtiyacı olan insanların sayı 305 milyon nəfərə çatır.

    AzerVoice xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UNOCHA) “2025 Qlobal Humanitar Hesabatı”na əsasən, bu il dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı 2015-ci illə müqayisədə təxminən dörd dəfə artacaq. 2015-ci ildə isə 77,9 milyon insanın humanitar yardıma ehtiyacı olduğu qeyd edilib.

    Humanitar böhranın əsas səbəbləri arasında müharibələr, iqlim dəyişikliyi və təbii fəlakətlər – yanğın, daşqın, torpaq sürüşməsi və qasırğalar – yer alır. Hesabata görə, 305 milyon insandan 85 milyonu Cənubi və Şərqi Afrikada, 59 milyonu Yaxın Şərq və Şimali Afrikada, 57 milyonu Qərbi və Mərkəzi Afrikada, 55 milyonu Asiya-Sakit okean regionunda, 34 milyonu Latın Amerikası və Karib hövzəsində, 15 milyonu isə Avropada yaşayır.

    UNOCHA-nın fəaliyyət planına əsasən, 189,5 milyon insanın humanitar ehtiyaclarını qarşılamaq üçün 47,4 milyard dollar tələb olunur. Humanitar yardıma ən çox ehtiyacı olan ölkələr arasında Sudan, Əfqanıstan, Konqo Demokratik Respublikası, Myanma və Yəmən yer alır. Misal üçün, Sudanda 30,4 milyon, Əfqanıstanda 22,9 milyon, KDR-də 21,2 milyon, Myanmada 19,9 milyon, Yəməndə isə 19,5 milyon insanın yardıma ehtiyacı olduğu bildirilib.

    Hesabata görə, humanitar böhran yaşayan ölkələrdə orta ömür uzunluğu 67 il, qidalanma və təhsil səviyyəsi isə ciddi şəkildə aşağıdır. Bu ölkələrdə məcburi miqrasiya və sığınacaq problemi geniş yayılıb.

    #BMT #humanitar yardım #humanitar böhran #Humanitar fəlakət Qəzza #Humanitar yardım təşəbbüsləri #Humanitar yardım layihələri #humanitar #UNOCHA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

    25 Avqust 2026 09:00

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    BMT qüvvələri Livanda tərəfləri təxribat xarakterli addımlardan çəkinməyə çağırıb

    20 Avqust 2026 19:40

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20
    XƏBƏR LENTİ

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    İran üzərində iqtisadi təzyiqi artıracağıq - Skott Bessent

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.