Birləşmiş Millətlər Təşkilatının İnsanitar İşlər Koordinasiya Ofisinin (UNOCHA) sözçüsü Jens Laerke bildirib ki, İsrail ilə HƏMAS arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin məhdudiyyətləri səbəbindən Qəzzaya kifayət qədər humanitar yardım çatdırılmayıb. Laerke, təxminən iki aydır davam edən atəşkəs prosesinin humanitar yardımlara təsirini şərh edərkən deyib ki, humanitar yardım səviyyəsi hələ də istənilən səviyyədə deyil. O, 10 oktyabrdan bəri humanitar yardımlarda artım olduğunu, lakin hədəflərin hələ də tamamlanmadığını qeyd edib.
#UNOCHA
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) ötən il 383 humanitar işçinin öldürüldüyünü açıqlayıb ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. UNOCHA-nın 19 avqust Ümumdünya Humanitar Yardım Günü ilə bağlı yaydığı bəyanatda, humanitar işçilərə qarşı zorakılığın əvvəlki illə müqayisədə 31 faiz artdığı vurğulanıb. Ölənlərin əksəriyyətinin öz icmalarına xidmət edən yerli işçilər olduğu, onların vəzifə başında və ya evlərində hücuma məruz qaldıqları bildirilib. Bəyanata görə, 2024-cü ildə 308 yardımçı yaralanıb, 125 nəfər qaçırılıb, 45 nəfər isə nəzarətə götürülüb.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UNOCHA) “2025 Qlobal Humanitar Hesabatı”na əsasən, bu il dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı 2015-ci illə müqayisədə təxminən dörd dəfə artacaq. 2015-ci ildə isə 77,9 milyon insanın humanitar yardıma ehtiyacı olduğu qeyd edilib. Humanitar böhranın əsas səbəbləri arasında müharibələr, iqlim dəyişikliyi və təbii fəlakətlər – yanğın, daşqın, torpaq sürüşməsi və qasırğalar – yer alır. Hesabata görə, 305 milyon insandan 85 milyonu Cənubi və Şərqi Afrikada, 59 milyonu Yaxın Şərq və Şimali Afrikada, 57 milyonu Qərbi və Mərkəzi Afrikada, 55 milyonu Asiya-Sakit okean regionunda, 34 milyonu Latın Amerikası və Karib hövzəsində, 15 milyonu isə Avropada yaşayır.