Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Havanın çirklənməsi beyin qanaması riskini artıra bilər

    2 Avqust 2025 17:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Havanın çirklənməsi beyin qanaması riskini artıra bilər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    ABŞ-da aparılan yeni tədqiqat, hava çirklənməsinin beyin qanaması riskini artıra biləcəyini göstərib. Utah Universitetinin alimləri, çirkliliyin yüksək olduğu dövrlərdə beyin anevrizması nəticəsində qanaxma hallarının artdığını müəyyən ediblər.

    AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın Yuta ştatında aparılan və npj Clean Air jurnalında dərc olunan tədqiqatda bildirilib.

    Jurnal hava çirklənməsi ilə beyin qanaması arasında güclü əlaqənin ola biləcəyini ortaya qoyub.

    Utah Universitetinin neyrocərrahı Dr. Robert Rennertin rəhbərlik etdiyi elmi qrup, hava çirklənməsi ilə tanınan Wasatch Front bölgəsində son beş ildə beyin anevrizması səbəbilə xəstəxanaya yerləşdirilən 70 pasiyentin məlumatlarını araşdırıb.

    Tədqiqatçılar müəyyən ediblər ki, beyin qanaması halları, havanın çirkləndirici maddələrlə dolduğu dövrlərdən 3-6 ay sonra artmağa başlayır. Bu nəticələr, havanın keyfiyyətinin beyin sağlamlığına təsirini bir daha gündəmə gətirib.

    Araşdırmada ən təhlükəli çirkləndirici maddələrə PM2.5 (2,5 mikrometrdən kiçik hissəciklər), Ozon (O₃), Azot dioksidi (NO₂), Kükürd dioksidi (SO₂), Karbon monoksit (CO) daxil edilib.

    Dr. Rennert və komandası bildiriblər ki, bu maddələr bədəndə iltihabı artırır, hüceyrə zədələnməsinə səbəb olur və DNT təmirini zəiflədir. Bu proseslər zamanla beyin damarlarının divarlarını zəiflədə, nəticədə qanaxma riskini artırmış ola bilər.

    Tədqiqat müəllifləri qeyd edirlər ki, araşdırma səbəb-nəticə əlaqəsini sübut etmir, lakin güclü korrelyasiya göstərir. Onlar əhatəli və uzunmüddətli tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

    Dünya üzrə hava çirklənməsi səbəbilə hər il təxminən 8 milyon insan həyatını itirir. Tədqiqatda qeyd olunub ki, hava çirkliliyi yalnız beyin qanamaları ilə deyil, həm də həddindən artıq istilərin ölümcüllüyü, COVID-19 kimi virusların təsir gücü və ürək-damar problemləri ilə də əlaqəlidir.

    “Ümid edirik ki, bu tədqiqat havanın çirklənməsinin ictimai sağlamlıq üçün yaratdığı riski daha aydın şəkildə ortaya qoyacaq. İnsanlar və siyasətçilər bu məsələni ciddiyə almalıdır.”- deyə Dr. Rennert bildirib.

    O, eyni zamanda ictimai nəqliyyatdan istifadənin təşviqi, çirklənmə kvotalarının sərtləşdirilməsi və ekoloji araşdırmalara daha çox maliyyə ayrılması kimi tədbirlərin zəruriliyini qeyd edib.

    #ABŞ #havanın çirklənməsi #hava çirklənməsi #hava çirkliliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bir gəmi hərəkətsiz vəziyyətə salınıb, yeddi gəmi yönləndirilib - CENTCOM

    20 İyul 2026 20:47

    ABŞ Şiraza hava zərbəsi endirib - İran

    20 İyul 2026 20:36

    İslamabad anlaşmasından sonra nə dəyişdi? ABŞ, İran və Körfəz ölkələri yeni mərhələdə

    20 İyul 2026 20:17

    SEPAH ABŞ obyektlərinə “ağır zərbələr” endirdiyini bildirib

    20 İyul 2026 20:09

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22

    Hindistan vətəndaşlarına İrana səfərləri təxirə salmağı tövsiyə edib

    20 İyul 2026 19:19

    Kanada ABŞ və İranı təmkinli olmağa çağırıb

    20 İyul 2026 18:37

    İran ABŞ-ın “oyunlarını tanımaqda ustalıq mərhələsinə çatıb” - Qalibaf

    20 İyul 2026 18:30

    Pentaqon niyə yaralanan hərbçilər barədə məlumat verməyib?

    20 İyul 2026 18:26

    İran ABŞ-la “tammiqyaslı müharibə” vəziyyətindədir - Pezeşkian

    20 İyul 2026 18:22

    ABŞ-la razılaşmada İranın milli maraqları tam qorunub - Məsud Pezeşkian

    20 İyul 2026 18:01
    XƏBƏR LENTİ

    Bir gəmi hərəkətsiz vəziyyətə salınıb, yeddi gəmi yönləndirilib - CENTCOM

    Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb

    ABŞ Şiraza hava zərbəsi endirib - İran

    İslamabad anlaşmasından sonra nə dəyişdi? ABŞ, İran və Körfəz ölkələri yeni mərhələdə

    SEPAH ABŞ obyektlərinə “ağır zərbələr” endirdiyini bildirib

    Küveyt İranın yeni raket və dron hücumlarını açıqlayıb

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    İranın daxili işlər naziri nümayəndə heyəti ilə Pakistana səfər edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.