Dünya Səhiyyə Təşkilatı (DST), dünya üzrə 4,4 milyarddan çox insanın şəhər ərazilərində yaşadığını açıqlayıb. DST, ABŞ mərkəzli X sosial media platformasında bu məlumatı paylaşaraq qeyd edib. "(Dünya üzrə) 4,4 milyarddan çox insan şəhər ərazilərində yaşayır." Paylaşımda, bu nisbətin dünya əhalisinə nisbətdə 2050-ci ilə qədər təxminən 70 faizə çatmasının gözlənildiyi qeyd edilib. Həmçinin, paylaşımda şəhərlərin hava çirkliliyi, təhlükəsiz olmayan nəqliyyat, pis yaşayış şəraiti və iqlimə bağlı təhlükələr kimi sağlamlıq risklərinin ən çox olduğu bölgələrdən biri olduğuna da vurğulandı.
#hava çirkliliyi
İranın səhiyyə naziri Məhəmməd Riza Zəfərkəndi bildirib ki, hava çirkliliyi hər il təxminən 50 min insanın ölümünə səbəb olur. Zəfərkəndi universitet rektorları ilə keçirdiyi görüşdə hava çirkliliyi ilə bağlı açıqlamalar verib. O, səhiyyə sahəsindəki problemlərin böyük ölçüdə iqtisadi və sosial amillərdən qaynaqlandığını vurğulayıb. “Problemlərdən biri də hava çirkliliyidir. Hər il 50 min insanın hava çirkliliyinə bağlı olaraq həyatını itirdiyinə şahid oluruq. Eyni zamanda, xəstəxanalara müraciətlər iki dəfə artıb.” - deyə Zəfərkəndi qeyd edib.
Hava çirkliliyi ilə mübarizə aparan Hindistanın Dehli Milli Paytaxt Ərazisində 2022-2024-cü illər arasında altı dövlət xəstəxanasında 200 mindən çox kəskin respirator xəstəlik hadisəsi qeydə alınıb. Səhiyyə və Ailə Rifahı Nazirliyi və Hindistan Tibbi Tədqiqatlar Şurası (ICMR) şəhər yerlərində artan hava çirkliliyi ilə tənəffüs yolları xəstəlikləri arasındakı əlaqəni araşdırıblar. Tədqiqatın nəticələri ilə bağlı Parlamentə verdiyi açıqlamada nazirlik rəsmiləri kəskin respirator infeksiya halları ilə hava çirkliliyi səviyyələri arasında birbaşa əlaqənin aşkarlandığını bildiriblər.
İranın paytaxtı Təhranda hava çirkliliyinin 22 faizi motosikletlərdən qaynaqlandığı açıqlanıb. Təhran Bələdiyyəsi Məclisinin sədri Mehdi Çemran bildirib ki, motosikletlərin elektriklə işləyən modellərlə əvəz edilməsi həm çirkliliyi azaltmaq, həm də təhlükəsizliyi artırmaq baxımından effektiv olacaq. İran Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtda 4 milyondan çox motosiklet fəaliyyət göstərir, onların 92 faizi köhnə modeldir və bir çoxunun rəsmi qeydiyyatı yoxdur.
ABŞ-da aparılan yeni tədqiqat, hava çirklənməsinin beyin qanaması riskini artıra biləcəyini göstərib. Utah Universitetinin alimləri, çirkliliyin yüksək olduğu dövrlərdə beyin anevrizması nəticəsində qanaxma hallarının artdığını müəyyən ediblər.
İndoneziyanın paytaxtı Cakartada havanın yüksək dərəcədə çirklənməsi nəticəsində 6 milyondan çox insan kəskin respirator infeksiyalara yoluxub.