Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    PKK/YPG ildə yüzlərlə uşağı zorla cəlb edir - BMT

    20 İyun 2025 16:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    PKK/YPG ildə yüzlərlə uşağı zorla cəlb edir  - BMT
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    PKK/YPG Suriyada 286 uşağı silahlı qüvvələrə zorla cəlb edib.

    AzerVoice xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreşin təqdim etdiyi “Uşaqlar və Silahlı Münaqişə” adlı 2024-cü il hesabatında terror təşkilatı PKK/YPG-nin Suriyada uşaqlardan istifadə etdiyi faktlar təsdiqlənib.

    Hesabata əsasən, ötən il Suriyada müxtəlif silahlı qruplar, xüsusilə PKK/YPG və onun törəmə ünsürləri, eləcə də İŞİD tərəfindən ümumilikdə 527 uşaq silahlı fəaliyyətə cəlb edilib. Onlardan 286-sının PKK/YPG tərəfindən zorla silahlandırıldığı BMT tərəfindən təsdiq olunub.

    Sənəddə həmçinin PKK/YPG-nin nəzarətində olan ərazilərdə 2024-cü ildə 110 uşağın həyatını itirdiyi və ya əlil qaldığı, 10 uşağın isə zorla qaçırıldığı vurğulanır. Təşkilatın həmçinin məktəb və xəstəxana kimi mülki obyektlərdən hərbi məqsədlərlə istifadə etdiyi bildirilir.

    Quterreş hesabatda uşaqların silahlı qruplardan dərhal və qeyd-şərtsiz azad edilməsinə çağıraraq, müvafiq dövlət qurumlarının bu uşaqların reinteqrasiyası üçün BMT ilə birgə proqramlar həyata keçirməsini tövsiyə edib.

    Qeyd edək ki, Suriyanın şimal-şərqində PKK/YPG-nin nəzarətində olan düşərgələrdə hazırda İŞİD-ə bağlılıqda şübhəli bilinən 25 minə yaxın uşaq azadlıqdan məhrum vəziyyətdə saxlanılır.

    #BMT #Antonio Quterreş #İŞİD #uşaqlar #PKK/YPG #Terrorla mübarizə #Uşaq hüquqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

    28 Avqust 2026 07:36

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

    26 Avqust 2026 19:31

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi

    25 Avqust 2026 14:53

    Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

    25 Avqust 2026 09:00

    Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

    22 Avqust 2026 14:52

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.