Bakı, AzerVoice
ABŞ-də aparılan araşdırmada ilk dəfə insan beynində mikroplastik aşkar edilib.
AzerVoice xəbər verir ki, tədqiqat Nyu Meksiko ştatının Albuquerque şəhərində aparılıb.
Qaraciyər, böyrək və beyindən götürülən nümunələr xüsusi cihazlar vasitəsilə tədqiq edilib.
Əldə edilən nəticədə beyin nümunələrində qaraciyər və böyrəklər nümunələrindən 30 dəfə çox mikroplastik olduğu məlum olub.
Tədqiqatçılar beyində mikroplastikin çox olmasına səbəb kimi qaraciyər və böyrəklərin xarici toksinləri və hissəcikləri təmizləməsini göstərirlər.
Həmçinin beyinin digər orqanlar kimi hüceyrə yenilənməsinə məruz qalmaması səbəbindən mikroplastiklərin orada daha uzun müddət qala biləcəyidə iddia edilir.
Tədqiqat zamanı məlum olub ki, beyin nümunələrindəki plastik miqdarı 2016-cı ildən 2024-cü ilə qədər təxminən 50 faiz artıb. Buna səbəb olaraq ətraf mühitin plastik çirklənməsinin artması göstərilir.
Araşdırmada aşkar edilən mikroplastiklərin əksəriyyəti butulka qapaqları və plastik torbalar kimi bir çox gündəlik həyatda istifadə edilən polietilendən ibarətdir.
Sözügedən tədqiqat insan beynində ilk dəfə mikroplastiklər tapılması ilə nəticələndiyi üçün mühüm əhəmiyyət daşıyır. Ancaq, hələlik digər müstəqil mikroplastik tədqiqatçıları tərəfindən təsdiqlənməyib.