Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Maraqlı faktlar
    Maraqlı faktlar

    NASA Araşdırması - Kosmosa səyahət bioloji qocalmanı sürətləndirir

    13 Sentyabr 2025 13:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    NASA Araşdırması - Kosmosa səyahət bioloji qocalmanı sürətləndirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Amerika Birləşmiş Ştatlarının Kosmik Agentliyi NASA tərəfindən dəstəklənən yeni bir araşdırma, kosmosa göndərilən insan qan hüceyrələrinin bioloji qocalmanı sürətləndirən dəyişikliklərə məruz qaldığını ortaya çıxarıb.

    Cell Stem Cell jurnalında dərc olunan araşdırmaya görə, Beynəlxalq Kosmik Stansiyaya (ISS) dörd fərqli SpaceX missiyası çərçivəsində göndərilən insan hematopoetik kök və progenitor hüceyrələri (HSPC-lər) 32–45 gün kosmosda qaldıqdan sonra sağlam yeni hüceyrə istehsal etmək qabiliyyətlərini itirməyə başlayıb. Tədqiqat zamanı, həmçinin DNT zədələnməsi və telomerlərin qısalması kimi qocalmanı sürətləndirən bioloji əlamətlər də qeydə alınıb.

    “Kosmos insan bədəni üçün son stres testidir. Bu nəticələr göstərir ki, mikroqravitasiya və kosmik radiasiya kimi amillər qan kök hüceyrələrinin molekulyar qocalmasını sürətləndirə bilər”- deyə araşdırmanın müəlliflərindən və Kaliforniya San Dieqo Universitetinin Sanford Kök Hüceyrə İnstitutunun direktoru, professor Katriona Ceymison bildirib.

    Alimlər vurğulayıb ki, hüceyrələr Yerə qaytarıldıqda daha sağlam mühitdə müəyyən dərəcədə bərpa olunsa da, bütün zədələr tamamilə aradan qalxmayıb. Bu isə uzunmüddətli kosmik missiyalarda kosmonavtların sağlamlığının qorunması üçün yeni tədbirlərin görülməsini zəruri edir.

    Tədqiqat qrupu növbəti mərhələdə real kosmonavtlarda eyni molekulyar dəyişikliklərin müşahidə olunub-olunmadığını araşdırmağı və qocalmaya qarşı tibbi və ya genetik həll yolları inkişaf etdirməyi planlaşdırır.

    “Bu dəyişiklikləri anlamaq təkcə uzunmüddətli kosmik missiyalarda kosmonavtları qorumaq üçün deyil, həm də Yer üzündə insan qocalmasını və xərçəng kimi xəstəlikləri daha yaxşı modelləşdirmək üçün mühüm əhəmiyyət daşıyır”- deyə o vurğualyıb.

    #NASA #kosmos #Elmi araşdırma #elmi tədqiqat #yaşlanma #sağlam yaşlanma #Elm adamlarının araşdırması #NASA araşdırması #bioloji qocalma #kosmos və sağlamlıq #kosmosda yaşlanma #insan sağlamlığı və kosmos
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    24 Avqust 2026 10:27

    SpaceX-in gələcək kosmik planları investorların gözləntilərini doğruldacaqmı?

    1 Avqust 2026 18:47

    Tarixdə bu gün - 28 İyul

    28 İyul 2026 00:01

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    17 İyul 2026 03:13

    Əsrin sonuna qədər çimərliklərin 26 faizi yox ola bilər

    28 İyun 2026 18:00

    NASA-dan yeni strateji addım - "DAPHNE" missiyası rəsmən təsdiqləndi

    28 İyun 2026 08:00

    ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin

    16 İyun 2026 09:00

    İşığın əsir düşdüyü məkan-Qara dəliklər haqqında heyrətamiz faktlar:

    10 May 2026 17:38

    Tarixdə bu gün – 10 May

    10 May 2026 00:01

    Keçmişə mesaj göndərmək mümkündür?

    3 May 2026 18:40

    Tarixdə bu gün – 26 Aprel

    26 Aprel 2026 00:03

    Tarixdə bu gün – 14 Aprel

    14 Aprel 2026 00:03
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.