Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Həyat üçün əlverişli ekzoplanet tapılıb

    12 İyul 2024 15:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Həyat üçün əlverişli ekzoplanet tapılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Monreal Universitetinin alimləri "Ceyms Vebb" teleskopunun köməyilə aparılan əlavə müşahidələrdə LHS 1140b ekzoplanetinin əsasən azotdan ibarət sıx atmosferə malik olduğunu aşkar ediblər. Hətta bu buz topunun okeana sahib olması da ehtimal edilir.

    Bu barədə AzerVoice-ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Qırmızı cırtdan ulduzun ətrafında dolanan LHS 1140b Yerdən 48 işıq ili məsafədə, öz ulduzunun "həyat zonasında" yerləşir. Planetin radiusu Yerin radiusundan 1.7 dəfə böyükdür.

    Tədqiqatın əsas məqsədi LHS 1140b-nin bərk səthə malik olub-olmamasını müəyyənləşdirmək idi. Bu suala cavab tapmaq üçün isə "Ceyms Vebb" teleskopundan istifadə edilib. Əldə olunan müşahidə materialları da öz növbəsində planetin atmosferində "minineptunlar" üçün xarakterik olan hidrogen qatının olmasını təkzib edib. Müəyyən olunub ki, planet azot, su buxarı və karbondan ibarət ağır atmosferə malikdir. Müşahidələrə əsasən planetin kütləsi haqqında da informasiya əldə etmək mümkün olub. Planetin kütləsi gözlənilən qədər ağır olmadığından, hesab edilir ki, onun 10-20 faizi sudan ibarətdir və planet buz şarıdır. LHS 1140b-nin ancaq bir üzü öz ulduzuna dönük olduğundan, daim günəşə tərəf hissənin buzdan azad olduğu və orta okeanın mərkəzində temperaturun 20°C-dək yüksələ bildiyi ehtimal olunur.

    Qeyd edək ki, aşkar olunmuş xüsusiyyətlər LHS 1140b-nin gələcəkdə ekzoplanet atmosferlərinin və "həyat şərtlərinin" araşdırılması üçün ideal obyekt edir.

    Tədqiqat işi "The Astrophysical Journal Letters"də çapa qəbul olunub və arxiv.org serverində yerləşdirilib.

    #Şamaxı Astrofizika Rəsədxanası #ekzoplanet #Monreal Universiteti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Britaniya hersoginyası filmə çəkiləcək

    23 Avqust 2026 20:00

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    22 Avqust 2026 21:46

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14

    ABŞ qüvvələri may ayından bəri Hörmüz boğazından 1300 gəminin keçidinə yardım edib

    20 Avqust 2026 19:42

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Etna vulkanının külü səbəbindən dayandırılan uçuşlar yenidən bərpa edilib

    15 Avqust 2026 19:48

    Martinelli "Qalatasaray"ı rədd etdi

    15 Avqust 2026 13:16

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Hörmüz boğazında gəmiçilik müharibədən əvvəlki səviyyədən kəskin aşağı düşüb

    14 Avqust 2026 20:02

    Tramp administrasiyası aralıq seçkilərinə getdikcə daha çox diqqət ayırır

    14 Avqust 2026 19:58

    Gələn il iki dəfə Günəş, iki dəfə Ay tutulması olacaq

    28 Dekabr 2024 10:36

    ŞAR 2024-cü ilin Ay və Günəş tutulmaları təqvimini təqdim edir

    27 Dekabr 2023 00:30
    XƏBƏR LENTİ

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır

    Norveç kralı V Haraldın səhhəti pisləşib

    İordaniya əsilli müğənni Zeyn 9 Avropa şəhərində konsert verəcək

    Səudiyyə Ərəbistanı Suriyanın paytaxtında viza müraciəti mərkəzi açıb

    SpaceX-in dəyəri ilə qazancı arasındakı ziddiyyət nəyi göstərir?

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    Səudiyyə Ərəbistanı 2026-cı ilin birinci rübündə 15 milyon zəvvar qəbul edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.