#Mərakeş

2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək. Turnirin əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Argentina, Uruqvay və Paraqvay isə ilk üç oyuna ev sahibliyi edəcək. Bu qərar ilk dünya çempionatının 100 illiyi ilə əlaqədardır. Yarışda 48 komandanın iştirakı nəzərdə tutulur. Ümumilikdə 104 oyun keçiriləcək. Finalın keçiriləcəyi stadion hələ açıqlanmayıb. Əsas namizəd Madridin "Santyaqo Bernabeu" stadionudur

Portuqaliya hökuməti meşə yanğınları təhlükəsinin artması səbəbindən Avropa İttifaqı, İspaniya və Mərakeşdən əlavə yanğınsöndürmə təyyarələri üçün dəstək istəyib. Baş nazir Luiş Monteneqru bildirib ki, ölkə qarşıdakı günlərdə fövqəladə risklə üzləşəcək. Bir sıra bölgələrdə havanın temperaturu 40 dərəcəni keçib və qırmızı hava xəbərdarlığı elan olunub. Ölkədə xüsusi hazırlıq rejimi tətbiq edilir. Meşə ərazilərinə giriş məhdudlaşdırılıb və bəzi fəaliyyət növlərinə qadağa qoyulub. Hazırda altı meşə yanğını ilə mübarizə aparılır. Söndürmə işlərinə minlərlə əməkdaş, yüzlərlə texnika və onlarla təyyarə cəlb edilib.

Misir rəsmi olaraq bəyan edib ki, öz hərbi qüvvələri ilə Qəzzadakı "Beynəlxalq Sabitlik Qüvvələri"nin tərkibində iştirak edəcək və bununla da özünü Fələstin bölgəsində müharibədən sonrakı dövrün nizamlanmasının tam mərkəzinə yerləşdirib. Bu qərar rəsmi Qahirənin müharibədən sonra Qəzzanın təhlükəsizliyinə və sabitliyinə olan sadiqliyi barədə dünyaya çox aydın bir mesaj ötürsə də, eyni zamanda ən böyük ərəb dövlətini olduqca incə bir sınaq qarşısında qoyur: Öz milli təhlükəsizliyini qorumaqla yanaşı, gələcək fəsadları və bədəli öncədən proqnozlaşdırıla bilməyən açıq bir hərbi münaqişənin daxilinə sürüşməkdən necə mühafizə olunmalı?

ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin nəticələri regionda yeni bir nizamın doğulmasına yol açacaq, yoxsa Şimali Afrika və Yaxın Şərqi daha dərin sabitliksizlik burulğanına sürükləyəcək? Bu sual hazırda qlobal siyasi dairələrin mərkəzindədir. Donald Trampın müharibədən əvvəl arzuladığı "sülh və yenidənqurma" vədi, İranın regional proksiləri vasitəsilə müqavimət göstərdiyi bir şəraitdə sınağa çəkilir.

İraqın paytaxtı Bağdadda Mərakeş Səfirliyinin yaxınlığına pilotsuz uçuş aparatı (PUA) düşüb. Bölgədəki Anadolu Agentiliyi müxbiri Bağdadın Mənsur rayonunda yerləşən Mərakeş Səfirliyi yaxınlığında PUA-nın düşməsi nəticəsində ərazidən tüstü yüksəldiyini bildirib. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. İraq rəsmiləri hadisə ilə bağlı hələ ki rəsmi açıqlama verməyiblər.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda noyabrın 21-22-də Al-Faysal Universitetində Yaxın Şərq Terapevtik Radiasiya Onkologiyası Cəmiyyətinin dördüncü konfransı keçiriləcək. Tədbirdə Krallıqdan və digər ölkələrdən olan mütəxəssislər, tədqiqatçılar, beynəlxalq dərman və tibbi texnologiya şirkətləri iştirak edəcək. Konfransın əsas mövzuları süni intellektin tətbiqi və müasir xərçəng müalicəsi texnologiyaları olacaq.