BAKI,VOA,Yusif Şərifzadə
Venesuela son günlərdə baş verən 7,5 maqnitudalı zəlzələ ilə sarsılıb.
VOA xəbər verir ki, zəlzələ ölkədə 1900-cü ildən bəri qeydə alınan ən güclü zəlzələdir. 1900-cü il oktyabrın 29-da ölkə sahillərində 7,7 maqnitudalı zəlzələ baş vermişdi.
Venesuelalı sakin Roberto Qamas zəlzələ zamanı binadan xilas olduğunu bildirib:
“Bina yan-yana yellənirdi. Bu inanılmaz idi. Şükürlər olsun ki, binada çox insan yox idi. İnsanların çıxmaq üçün yaşadığı panikanı təsəvvür edə bilirsinizmi?” – deyə o bildirib.
Qurtarıcılar qaranlıqda dağıntılar üzərində çalışaraq sağ qalanları axtarıb, binaların altından çıxarıblar.