Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Ağ Evdə UFC turnirinə qanlı suiqəsd planı: FTB 5 terrorçunu gizli əməliyyatla yaxaladı

    17 İyun 2026 10:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ağ Evdə UFC turnirinə qanlı suiqəsd planı: FTB 5 terrorçunu gizli əməliyyatla yaxaladı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    ABŞ Federal Təhqiqat Bürosu (FTB) və ABŞ Ədliyyə Nazirliyi Ağ Evdə təşkil olunan UFC turnirinə qarşı hazırlanan irimiqyaslı və dəhşətli suiqəsd planının qarşısını alıb. Rəsmi açıqlamaya görə, kəskin nişançılar və partlayıcı yüklü dronlarla həyata keçirilməsi planlaşdırılan terror aktı ilə bağlı 5 şübhəli şəxs xüsusi əməliyyatla gözaltına alınıb.

    VOA xəbər verir ki, prokurorluq bəyan edib ki, cinayətkar qrup Ağ Evin ətrafındakı binaları dronlarla vuraraq kütlə arasında vahimə yaratmağı, daha sonra isə panika içində qaçan insanlara və turnirə qatılan yüksək rütbəli rəsmilərə kəskin nişançılar vasitəsilə atəş açmağı hədəfləyib.

    Planın "ikinci dalğasında" isə digər qruplaşma üzvlərinin Ağ Evin darvazalarına hücum etməsi nəzərdə tutulub. Şübhəlilərin şifrəli mesajlarında "həddindən artıq radikal dini və hökumət əleyhinə" ideoloji fikirlər paylaşdığı müəyyən edilib.

    FTB Direktoru Kaş Patel sosial media hesabından bildrib ki, 5 fərqli ştatda eyni vaxtda keçirilən koordinasiyalı reydlər nəticəsində qanlı plan tamamilə çökdürülüb. Tutulan şəxslərin 19 yaşlı Taysen Proper, 24 yaşlı Brayan Roa , 32 yaşlı Maykl Tomas , 32 yaşlı Daniel Eskric və 31 yaşlı Abraham Alvarez olduğu açıqlanıb. Onların hər biri "qəsdən adam öldürməyə cəhd üçün sui-qəsd qurmaq" maddəsi ilə ittiham olunurlar.

    Məhkəmə sənədlərinə görə, Ağ Evin Cənub Bağçasında (South Lawn) dəvətlilər üçün təşkil olunan və 4 min 300 nəfərin izlədiyi tədbir zamanı ətraf ərazilərdə də 85 minə yaxın azarkeş döyüşləri təqib edirmiş. Terrorçuların əsas hədəfləri arasında ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens , İsrail Baş naziri Benyamin Netanyahu, milyarder İlon Mask və bir neçə konqresmenin adının olduğu qeyd edilib.

    Dəhşətli terror planının üstü şübhəlilərdən 19 yaşlı Taysen Properin anasının fədakarlığı sayəsində açılıb. Ana, oğlunun qısa müddətdə külli miqdarda silah-sursat almasından və internetdə özlərini sabiq hərbi qulluqçu kimi təqdim edən radikal xristian qruplaşması ilə yazışmalarından şübhələnərək hüquq-mühafizə orqanlarına müraciət edib.

    #ABŞ #Ağ Ev #ABŞ Federal Təhqiqat Bürosu (FTB) #ABŞ Ədliyyə Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    21 Avqust 2026 22:06

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    21 Avqust 2026 21:31

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Meksikalı qubernator ABŞ-nin kartel ittihamlarından sonra işinə qayıdıb

    21 Avqust 2026 20:35

    Pekin Vaşinqton və Tehranı danışıqlar masasına çağırıb

    21 Avqust 2026 19:03

    Hizbullah ABŞ-nin İranla bağlı iddiasını rədd edib

    21 Avqust 2026 18:51

    ABŞ-nin iqtisadi təzyiqi Yaxın Şərqdəki münaqişəni həll etməyəcək - Çin

    21 Avqust 2026 18:43

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14

    İran sərt sanksiyaların öhdəsindən gəlmək üçün plan hazırlamalıdır - Qalibaf

    21 Avqust 2026 18:08

    Qəddar sanksiyalara qarşı plan hazırlamalıyıq - Qalibaf

    21 Avqust 2026 15:22
    XƏBƏR LENTİ

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.