BAKI,VOA Orxan Qədirzadə
ABŞ prezidenti Donald Tramp ABŞ Mərkəzi Bankının (Federal Ehtiyat Sistemi) sədri Jerome Pouell ilə bağlı sərt mesaj verib.
VOA xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı görüntüdə Pauelli zibilə atarkən təsvir edib və faiz dərəcələrinin yüksək olmasını kəskin tənqid edib. Paylaşımda o, “Çox gecdir. Amerika üçün fəlakətdir! Faiz dərəcələri çox yüksəkdir” ifadələrini qeyd edib.
Məlumata görə, sözügedən görüntü süni intellekt vasitəsilə hazırlanıb və qısa müddətdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Tramp uzun müddətdir Pauellin yüksək faiz siyasətinə qarşı çıxır və bunu müxtəlif çıxışlarında açıq şəkildə dilə gətirir. O, prezident vəzifəsinə gəlməzdən əvvəl də dəfələrlə Federal Ehtiyat Sisteminin rəhbərliyini tənqid edib.
Müşahidəçilərin fikrincə, Tramp və Pauell arasında gərginlik artıq uzun müddətdir davam edir və bu qarşıdurma ABŞ-ın pul-kredit siyasəti ətrafında debatların əsas mövzularından biri olaraq qalır.